Bir çoxumuzun mətbəxdə qazandığı və öyrəşdiyi vərdişlər var, amma bu vərdişlər bəzən təhlükəli ola bilər. Bilmədən etdiyimiz mətbəx vərişlərini öyrənmək lazımdır.
1. Donmuş ətlərdəki buzun həll olmasını gözləmək
Qida saxlamaq üçün 5-60 dərəcə selsi aralığı riskli sayılır. Buna görə də yeməklərin donunun açılması üçün soyuducu və ya mikrodalğalı sobadan istifadə etməlisiniz.
2. Çiy ətləri yumaq
Bir şeyi yuduğumuzda təmiz olduğunu düşünürük, lakin mövzu çiy ətdirsə, onu yumaq təmizləmək mənasına gəlmir.
3. Yeməkləri soyuducuya qoymazdan əvvəl kənarda soyutmaq
Yeməkləri soyuducuya qoymazdan əvvəl onları soyuduruq, çünki yeməyi isti ikən soyuducuya qoysaq, onun xarab olacağını fikirləşirik, amma bu sizin qidanızın xarab olmasına, tərkibindəki bakteriyaların artmasına səbəb olacaq.
4. Qidaların xarab olmadığını dadına baxaraq yoxlamaq
Təhlükəli bakteriyaları görüntü və ya dad ilə görməyimiz mümkün deyil. Bununla birlikdə bakteriyaların çox az miqdarı belə qida zəhərlənməsinə səbəb ola bilər. Ona görə də xarab olmasından şübhələndiyiniz qidalar varsa, onları atın getsin.
5. Çiy xəmirin dadına baxmaq
Çiy xəmirin dadına heç vaxt baxmamalısınız. Çiy xəmir qarışıqlarının tərkibində Salmonella adlı çox təhlükəli bakteriyalar olur.
6. Ət və ya balıq məhsullarını marinə etmək
Daha bir qida zəhərlənməsinə yol açacaq və bakteriyaların asanlıqla çoxaldığına yol açdığımız şərait.
7. Az bişmiş ət və balıq məhsulları yemək
Qidalar sadəcə müəyyən istilik aralığında bişdiyi zaman güvənli qəbul edilir. Bütün bakteriyları yox etməyin tək yolu budur. Ət və balıq məhsullarının düzgün bişirildiyindən əmin olun.
8. Bir şey bişirərkən əlləri yumamaq
Bakteriyalar əllərimizdə də yaşayır. Buna görə də mütləq əllərinizi yumalısınız.
9. Toyuq alarkən tərkibinə diqqət etməmək
Bir çox toyuq firması, məhsulların çəkisi çox gəlsin deyə broylerlərə su və ya duzlu su qatır. Bu da bir çox hallarda zərərlidir.
10. Balı istiyə məruz qoymaq
Aparılan araşdırmalar göstərmişdir ki, balın isti şəraitdə saxlanması və istifadəsi kanserogen miqdarını artırır.