Saçlarımız və saç dərimiz, canlılığını və parlaqlığını qorumaq üçün sebum adlı bir maddə ifraz edir. Yağlı bir hissə və görüntüyə səbəb olan sebum, kontrol altına alınmadığı təqdirdə, saçlarınızın yağlı görünməsinə səbəb ola bilər. Əgər siz də tez yağlanan saçlardan şikayət edirsinizsa, o zaman oxumağa davam edin.

1. Saçınızı gərgin və sıx şəkildə yığmaq
saclar
2. Çimərkən ideal su istiliyinə diqqət etməmək
İsti su məsamələri açmaq və təmizləmək üçün yaxşı olsa da, saçlarınıza zərər verə bilər. Saçdakı bütün sebumu təmizləyən isti su, saç dərisini qurudur və kəpək probleminə gətirib çıxarır. Saçlarınızı ilıq su ilə yumağınız və soyuq su ilə durulamağınız məsləhətlidir.

3. Yanlış saç baxım məhsullarından istifadə etmək
Saç tipinizə uyğun baxım məhsullarını müəyyənləşdirib, onlardan istifadə etmək lazımdır.

4. Saçlarınızı tez-tez daramaq və onlara toxunmaq
Saçlarınıza toxunduğunuz zaman əllərinizdəki bakteriyalar saçlarınıza da keçir və bu da, saçlarınızın daha tez yağlanmasına səbəb olur. Əlavə olaraq saçlarınızı tez-tez daramaq da, saçdakı sebumun bütün baş dərisinə yayılmasına səbəb olacaqdır.

5. Stresli həyata sahib olmaq
Stresli olduğumuz zaman bədənimiz kortizol ifraz edir, kortizol isə öz növbəsində sebumun artmasına səbəb olur. Stresinizi azaltmaq üçün yoqa və meditasiya sınamalısınız.

6. Saçınızı tez-tez yumaq
Qəribə olsa da, tez-tez çimmək saçın yağlanmasına səbəb olur. Saçlarımızı tez-tez yuduğumuz zaman dərimizin pH səviyyəsinə zərər veririk. Bu vəziyyətdə dəri ideal tarazlığını tapmaq üçün sebum ifraz etməyə başlayır.