Gigiyena qaydalarına ilk olaraq öz sağlamlığımız üçün əməl etməliyik. Gün ərzində bir çox insanla təmasda olub, ictimai nəqliyyatdan istifadə edirik. Bununla birlikdə evimizdə də bir çox mikrob mövcuddur. Gigiyena qaydalarına əməl etmədiyimiz təqdirdə isə, xəstələnmək gözlənilən bir şeydir. Bilməli olduğunuz 14 gigiyena xətası…
1. Tez-tez çimmək.
Bu sizə qəribə gələ bilər, amma tez-tez çimmək də heç çimməmək qədər zərərlidir. Columbia Universietinin apardığı araşdırmaya görə tez-tez çimmək dərini qurudub, çatlatdığı üçün mikrobların dəriyə asanlıqla nüfuz etməsinə səbəb olur.
2. Tualetə getməzdən əvvəl və sonra əlləri yumamaq.
Bakteriyaları sadəcə tualetdə deyil, evinizin hər tərəfində tapa bilərsiniz. Əllərinizi uzun müddət yumamısınızsa, əllərinizdə də bakteriyalar olmağa başlayır. Tualetə girərkən əllərinizi yumasanız, genital bölgələrinizə də bakteriya yoluxdurmuş olacaqsınız. Təbii ki, tualetdən sonra da əllərinizi ən az 20 saniyə sabunla yumağı unutmayın.
3. Yastıq üzlərini dəyişdirməmək.
Quş tükü yastıqlar toz bakteriyalarının cənnətidir. Yastıq da üzümüzlə təmas etdiyi üçün o bakteriyaların üzümüzə keçməsi və dəri xəstəliklərinə səbəb olması ehtimal ola bilər. Başqa bir araşdırmada isə toz bakteriyalarının burun tıxanıqlığına səbəb olduğu deyilir. Yastıq üzlərini həftədə bir dəfə dəyişdirmək böyük önəm daşıyır.
4. Sifona barmaq ucu ilə basmaq
Tualet evinizdəki ən mikroblu yerdir yəqi ki. 90 dəqiqəlik bir təmizliyin ardınca belə tualetdəki bakteriyaların yarısından çoxu təmizlənmir. Bu səbəblə sifona barmağınızla deyil, barmağın arxa hissəsi ilə basmaq məsləhət görülür.
5. Ev heyvanlarının sizinlə birgə yatması.
Gecələri belə gigiyena qaydalarına əməl etmək lazımdır. Ev heyvanları hər nə qədər bir çoxumuz kimi olsa da və onlarla yatmaq sizin xoşunuza gəlsə də, onlar üstlərində bir çox bakteriya gəzdirir.
6. Üzü sabunula yumaq
Bəzi insanlar gündə 2 dəfə üzlərini sabunla yuduqları zaman bakteriyalardan və ölü dərilərdən qurtulacaqlarını düşünürlər. Həqiqətdə isə sabun məsamələrin tıxanmasına səbəb olur və dərinin yaşlanmasına səbəb olur. Sabun istifadəsi cildin qoruyucu bariyerasını yox edib və dərinin pH səviyyəsini korlayır.
7. Dırnaq tutan və dəsmalları paylaşmaq
Bu gigiyena qaydası hər kəs tərəfindən bilinsə də, bəzi ailələr hələ də öz şəxsi əşyalarını paylaşmağa davam edir. Ailə üzvləriniz belə olsa, bakteriyaların yayılması infeksiyalara səbəb ola bilər.
8. Daimi istifadə etdiyiniz əşyaları təmizləməmək
Pultlar, brelok, telefon kimi hər gün istifadə etdiyimiz əşyaları hər gün təmizləməliyik, çünki bu əşyalar üzərində mikrobla birlikdə, zərərli mikroorqanizmlərə də sahib olur.
9. Öskürərkən və asqırarkən ağzı bağlamamaq
Asqırarkən və ya öskürərkən hər zaman ağrımızı tutmağı öyrənmişik, lakin ağızı əlimiz ilə bağlamaq elə də effektiv bir seçim deyil. Əlinizə yapışan viruslar hər yerə yayıla bilər. Onun əvəzinə salfet istifadə edin və sonra atın, əgər salfet yoxdursa, dirsəyinizin iç tərəfini ağzınıza tərəf tutun.
10. İctimai nəqliyyatdan sonra əlləri yumamaq
İctimai nəqliyyata hər gün yüz minlərlə insan minir. Buna görə də ictimai nəqliyyatda maska taxa bilərsiniz, düşdükdən sonra isə əllərinizi üzünüzə, ağzınıza, burnunuza və gözünüzə vurmayın.
11. Təri əl ilə silmək
Tərləmək bədənimizdəki bakteriyaların çölə atılmasına səbəb olan bir prosesdir, amma tərinizi əlinizlə silirsinizsə, bədəndən çıxan bakteriyaları yenidən bədəninizə almış olursunuz. Bunun üçün kiçik dəsmal istifadə edərək, xəstəliklərdən qoruna bilərsiniz.
12. Uzun müddət eyni diş fırçasını işlətmək
Bir çoxumuz diş fırçalarını 3 aydan bir dəyişdirməli olduğunu bilmir. Diş fırçası mikrobların artması üçün ideal məkandır. Bu səbəblə diş fırçasını vaxtında dəyişdirməyiniz şərtdir və diş fırçanızın yerini tualetdən ən az 4 metr kənarda saxlamağa çalışın.
13. Burunu barmaqlarla təmizləmək
Burunu qarışdırmaq həm etiket, həm də gigiyena qaydalarına ziddir. Eyni zamanda isə çox pis bir vərdişdir, çünki barmaqlarınızdakı mikroblar burnunuzdakı mukoza ilə təmas etdiyi zaman iltihablanmaya səbəb ola bilər.
Burunu təmizləməyin ən yaxşı yolu, ilıq su və duzdur. Qarışdırdığınız bu məhlulu burnunuza alın və çəmkirin.
14. Pambıq yastıqda yatmaq
Yastıq üzü seçimlərində pambıq üzlər olduqca yayğındır, amma bu doğru seçim deyil. Pambıq üzlər cildinizin sürtülməsinə və tez yaşlanmasına səbəb ola bilər. Buna görə də ipək və ya sətən yastıq üzlərindən istifadə edə bilərsiniz.