Görmə qabiliyyəti zəif olan insanların hər zaman ağıllarında bu sual olur. Eynək, yoxsa linza? Hansı daha sağlamdır?

Hər ikisinin də özünə görə mənfi və müsbətləri var. Lazer cərrahiyənin icad edilməsinə rəğmən hələ də günümüzdə görmək üçün eynək istifadə etmək olduqca yayğındır. Acıbadem xəstəxanasının həkimi Prof. Dr. Emrah Altıparmak eynəyin müsbət cəhətlərini belə izah edir.

• İstifadəsi asanadır və tez öyrəşmək olur
• Göz sağlamlığı və təhlükəsizliyi baxımından bir risk əmələ gətirmir.
• Uşaqlarda da istifadə oluna bilir.
• Qiymətinin ucuz və baxımının asan olması
• Kosmetik vasitə kimi istifadə oluna bilir
• Demək olar ki, bütün görmə qüsurları üçün uyğunlaşdırıla bilir.
• Su idmanları da daxil olmaqla xüssi diyzanlar sayəsində hər yerdə istifadə edilə bilməsi
• Filterlər sayəsində gündəlik həyat keyfiyyətini yaxşılaşdırması

Linzaların görmə bucağı isə daha geniş və estetikdir.
Linzalara öyrəşmək bir az vaxt alır və motivasiya gərəkdirir. Xüsusilə gigiyenasına olduqca diqqət etmək lazım olur. Bunun qarşılığında da eynəksiz olmağın gətirdiyi estetiklik və daha geniş görmə bucağına sahib olmaq da var.


Müsbət cəhətləri:

• Eynək istifadə etmək istəməyənlər üçün uyğundur.
• Görmə bucağının geniş olması
• Buxarlanmadıqları üçün yağış və qarlı havalarda, idman fəaliyyətlərində daha yaxşı görüş əldə etməsi
• Son illərdə inkişaf etdirilən xüsusi linzalar sayəsində astiqmat və presbiop üçün nəzərdə tutulan linzaların olması
• Yumşaq linzaların istifadəyə girməsi sayəsində qiymətinin ucuzlaşması
• Gündəlik istifadə et-at linzaların olması sayəsində uzun müddətli istifadədən sonra mikrob qapmaq, görmədə bulanıqlıq kimi problemlərin azalması
• Kornea itiləşməsi kimi xəstəliklərdə linzaların daha yaxşı görüş ilə təmin etməsi
• Rəngli linzalar ilə kosmetik vasitə kimi istifadə edilə bilməsi


Mənfi cəhətlər

• Öyrəşmə müddətinin uzun və əziyyətli olması
• Baxımı və istifadəsinin diqqət tələb etməsi
• Allergik olması
• Göz quruluğuna səbəb olması
• Aylıq və ya 2 həftəlik linza istifadə edən insanların yanlarında hər zaman linza qabı daşımaq məcburiyyətində olmaqları