Heç kim erkən yaşlanmaq istəməz, elə deyil? Bəs bunun üçün nələ edirik? Yaşlanmağı gecikdirmək öz əlimizdədir. Üstəlik gənclik formullarına sərvətlər xərcləmədən bunu edə bilərsiniz. Erkən yaşlanmamaq üçün edə biləcəyiniz yöntəmlər.
1. Günəş
Günəş nə qədər faydalı olsa da, zərərləri olduğu da bir həqiqətdir. Günəşin üzünüzü qırışdırdığını bilirdiniz? Günəşdən özünüzü tamamilə qorumaq əlbəttə ki, mümkün deyil, amma ən azından günəş kremi istifadəsini gözardı etməmək lazımdır. Günəş kremi istifadə edərək dərimizi günəşin zərərli işıqlarından qoruya bilərik
2. Üz mimikləri
Mimiklər üzümüzdəki qırışıqlığa bir xeyli təsir edir. Üzünüzü hər hərəkət etdirdiyinizsə, üzünüzdəki qırışlar artır.
3. Siqaret
Siqaretin insan sağlamlığına verdiyi zərəri başqa heç nə verə bilməz insana. Siqarnın bir çox zərəri var, onlardan birir də yaşlanmağınızı sürətləndirməsidir.
4. Yatmaq forması
Yatmaq şəklinin yaşlanmaqla nə əlaqəsi olduğunu düşünməyin, çünki həmişə eyni formada üzü üstə yatsanız, üzünüzün o hissəsi daha çox qırışacaq.
5. Stres
Stres bir çox xəstəliyə dəvətnamə hazırladığı kimi yaşlanmağımıza da səbəb olur. Üzünüzdən qırışıqlıqları yox etmək istəyirsinizsə, stresdən uzaq durmalısınız.
6. Yuxusuzluq
Yuxunuzu yetəri qədər almırsınızsa, yaşlanmağınızı olduqca sürətləndirirsiniz.
7. Alkoqol
Alkoqolun üz dərisinə zərəri çoxdur. Nə qədər çox istifadə etsəniz, o qədər tez yaşlanacaqsınız.
8. Nəmsizlik
Quru dəri heç vaxt yaxşı bir şey deyil. Üzünüzün və dərinizin çatlamasına və daha sonra da qırışmasına səbəb olacaq.
9. Yerin cazibə qüvvəsi
Həm bizi, həm də planetimizi tarazlıqda saxlayan bu qüvənnin belə zərərləri də var.
10. Genlər
Ananız, atanız və qohumlarınızda erkən yaşlanmaq əlamətləri varsa, bu, böyük ehtimalla sizdə də olacaqdır.