İmtina etmək istəyi gəldiyi zaman güclü qalmaq çətinləşir. Başqa çarəmiz olmadığını düşünər və vaz keçməyə çalışarıq, çünki həyatımızda önəmli olan böyük şeylərə deyil, kiçik şeylərə fokuslanırıq. Neqativ bir təfəkkürə sahibsinizsə, düşüncələrinizi dəyişdirə biləcək 25 sitat seçdik.
1. “Yeddi dəfə yıxıl, 8 dəfə ayağa qalx.” – Yapon Atalar sözü
2. “Başıma gələn mən deyiləm, mən olmağı seçdiyim şeyəm” – Carl Jung
3. “Mənə yox deyən hamıya minnətdaram. Onlar sayəsində hər şeyi özüm edirəm” – Albert Einstein
4. “Düşünmədən bir gün keçirdə bilmədiyiniz şeydən heç vaxt vaz keçməyin” – Winston Churchill
5. “Həqiqətən istədiyiniz şeydən heç vaxt vaz keçməyin. Gözləmək çətindir, amma peşmanlıq daha çətindir.” – Anonim
6. “Kiminsə sizin dəyərinizi anlamaması, sizin dəyərsiz olduğunuz mənasına gəlmir” – Anonim
7. “Ən xoşbəxt insanlar hər şeyin ən yaxşısına sahib olanlar deyil, sahib olduqları hər şeyi ən yaxşı şəkildə istifadə edənlərdir” – Judith May
8. “Unutma: Hər çempion bir zamanlar imtina etməyi rədd edən bir yarışçı idi” – Rocky Balboa
9. “Dünya hər kəsi qırar, amma bəziləri qırıldığı yerdən güclənər” Ernest Hemingway
10. “Bəzi insanlar həyatınıza lütf olaraq girir, bəziləri isə dərs olaraq” – Rahibə Teresa
11. “Əndişə ətrafa, qorxu geriyə, inanc yuxarı, günahkarlıq aşağı baxar, amma mən irəli baxıram” – John Carter
12. “Acı sizi dəyişdirə bilər, amma bu pis dəyişiklik olduğu mənasına gəlmir. Bu acını alın və müdrikliyə çevirin” – Dalai Lama
13. “Axışına buraxmaq dünyanın sonu deyil, yeni bir həyatın başlanğıcıdır.” – Anonim
14. “Dünya özünüzü gücləndirmək üçün gəldiyiniz möhtəşəm idman zalıdır” – Swami Vivekananda
15. “Hal-hazırda olacağını düşündüyün yerdə olmadığın üçün özünü bağışla” – Terri Cole
16. “Keçmiş nə qədər çətin olsa da, hər zaman yenidən başlaya bilərsən” – Budda
17. “Çətin dövrlərdən keçənlərə verə biləcəyin ən böyük məsləhət, kömək istəməkdən heç vaxt qorxmayın” – Demi Lovato
18. “Özünə yaxşı davan. Kimsə sənə mərhəmətsiz davrandığı zaman xoşbəxt olmaq çətinləşir” – Christine Arylo
19. “Eyni hissəni təkrarən oxumağa davam etsən, həyatın bir sonrakı hissəsinə başlaya bilməzsən.” – Anonim
20. “Siz icazə vermədiyiniz müddət ərzində heç kimin xəyallarınızı yıxma haqqı yoxdur” – Maeve Greyson
21. “Kimsə sizə nəyisə edə bilməcəyinizi dediyi zaman, bəlkə də sadəcə özünün edə bilmədiklərini söyləyir” – Sheldon Cahoon
22. “Əgər düzgün istiqamətə baxırsansa, tək etməli olduğun şey yeriməyə davam etməkdir” – Jack Kornfield
23. “Özünüzü xəyalpərəstlər, inananlar və düşünənlər ilə əhatələyin. Amma hamısından önəmli, içinizdəki potensialı görənləri yaxınınızda saxlayın” – Edmund Lee
24. “Sadəcə yeni şeylər sınadığınız zaman özünüzü qəribə və narahat hiss edirsinizsə, böyüyə bilərsiniz.” – Brian Tracy
25. “Həyat sürətli keçir. Kefini çəkin. İnsanlan yanlış şeylər üçün çox kədərlənirlər” – Joan Rivers