Ömrümüzdən daha bir il ötüb keçdi… həyatımızla əlaqəli qərarlar almaq üçün əla zamandır. Amma bu bir çoxumuz üçün də olduqca çətin bir başlanğıcdır, çünki alacağımız qərarları tətbiq etməkdə çətinlik yaşaya bilərik. Qış günlərinin soyuq olması qış sevənləri xoşbəxt etsə də, bir çox insan soyuqdan əziyyət çəkir. Bu da aldığımız qərarlara gözəl bəhanə olur.

Ona görə də alacağımız qərarlar mümkün olduğu qədər sadə olmalıdır ki, hər dəfə onu edə bilək.

Zen Buddizmi sadəlik qaydalarına tabe olan bir fəlsəfədir. “Zen Habits”in qurucusu Leo Babauta bir blog yazısında Zen Buddizmi haqqındakı xarakteristik minimalizmi açıqlayır.

Hər hansısa bir dəyişiklik etmək; bir borcu bağlamaq, bir maraton qaçmaq və ya ailə ilə daha keyfiyyətli vaxt keçirmək kimi bir və xırda dəyişikliklə başlayın. Bu dəyişiklik kiçik olmalıdır, bir hədəf deyil, sadəcə bir addım. Hər gün 10 dəqiqə qaçmaq, 2 dəqiqə rəsm çəkmək və ya həftənin bir günü sağlam qidalanmaq…
xoşbəxtlik
Babauta, dəyişiklikləri vərdişlərə çevirməyə fokuslanmağın önəmli olduğunu vurğulayır. Hər 4-6 həftədə bir dəyişiklik etməyi tövsiyə edir. Eyni vaxtda bir neçə problemi həll etmək yerinə sadəcə kiçik addımları bir-bir vərdiş halına gətirməyin həyatı dəyişdirdiyini deyir. Babauta bunları ilk olaraq öz üzərində sınaqdan keçirmişdir. Alqoritmlər isə belədir:

1. Çox kiçik addımlarla başlayın.
2. Bir dəfədə bir dəyişiklik edin.
3. Anı yaşayın bə dəyişiklikdən zövq alın (nəticələrə fokuslanmayın)
4. Atdığınız hər addım üçün minnətdar olun.

Bu metodun gözəlliyi isə edəcəyimiz bir xırda şeyin həyatımızı dəyişdirib problemlərimizi ortadan qaldıra biləcək gücə malik olmasıdır. Qarşınıza böyük dəyişikliklər qoysanız bu sizə çətin gələ bilər və özgüvəninizi sarsıda bilər. Ona görə də mümkün qədər xırda addımlarla başlamalısınız, qalanı öz-özünə gələcək.