Diyet və sağlam qidalanma haqqında araşdırma etdikcə başımız qarışır. Yeni çıxan məlumatları oxuyur və onları tətbiq etməyə çalışırıq. Hər keçən gün başqa bir qidanın zərərli olduğunu öyrənirik. Buna görə də, qidalanmağımızı və diyetimizi dəyişdirməyə çalışırıq.
Bununla yanaşı, sağlam qidalanmaq sosial mediyada trend halına gəldiyi üçün insanlar bu barədə yarışa girirlər. Anoreksiya kimi bir nervroza olan ortoreksiyaya çevrilə bilir.
Ortoreksiya Nevroza nədir?
York Universitetinin Sağlamlıq fakultəsindəki araşdırmaçılar bu mövzunu ələ alıblar. Keçmişində yemə pozğunluğu (eating disorder) obsessiv kompulsiv xüsusiyyətləri olan insanların ortoreksiyaya tutulma risklərinin böyük olduğunu aşkar ediblər. Sağlam qidalanma, sağlam həyat tərzinin önəmli bir parçasıdır. Lakin bu, bəzi insanlarda fiziki və sosial baxımdan onlara zərər verə bilir.
Ortoreksiya yemək pozğunluğu olsa da, təsirləri sadəcə qidalanmağa təsir etmir. Həyat keyfiyyətinin düşməsinə və sosial münasibətlərin zəifləməsinə gətirirb çıxarır. Ortoreksiya əslində bir insanın özü üçün ən yaxşısını etməyə çalışmasından əmələ gəlir, lakin zamanla xəstəlik dərəcəsinə çatır.
Ortoreksiyanın əlamətləri nələrdir?
• İnqridentlər siyahısını və etiketləri obsessiv şəkildə kontrol etmək
• Yediklərinin sağlamlığı mövzusunda getdikcə daha qayğılı olmaq
• Şəkər, karbonhidrat kimi bəzi qida qruplarından tamamilə uzaq durmaq
• Müəyyən “sağlam” və ya “təmiz” qidalar xaricində başqa heç nə yeyə bilməmək
• Başqalarının nə yediyi ilə maraqlanmaq
• Yemək hazırlamağa çox vaxt itirmək
İnstagram bizi ortoreksiyaya sürükləyir?
Bədən kompleksləri, depressiya, sosial müqayisə və yemək pozuntuları – sosial mediyanın təsirlərindən yarandığını son zamanlar tez-tez eşidirik.
Aparılan bir araşdırmaya görə, instagram istifadəsi ortoreksiya nevrozunun artmasına səbəb olur. Başqa heç bir sosial şəbəkədə ortoreksiyanın yaranmasında “Instagram” qədər təsirli deyil .
Ortoreksiyanın başlama nöqtəsi özümüz üçün ən yaxşısını istədiyimizdə ortaya çıxır. Qəbul etməliyik ki, mükəmməl deyə bir şey yoxdur. Buna görə də, dostlarımızla birlikdə olarkən “bunun əvəzin başqa işimi həll edə bilərdim” deyə düşünürük. Normalda bizi xoşbəxt edən anların əvəzinə bizi stresə salan şeylər düşünürük.
Özümüzə sevgi və hörmətlə yanaşıb, özümüz üçün ən yaxşısını etməyə çalışmalıyıq əlbəttə. Amma özümüzə qarşı daha tolerant olmalıyıq.