Alkoqolun bədənimizə müxtəlif təsirləri var. Bu təsirlər faydalı və ya zərərli ola bilər. İndi isə alkoqol haqqında bilməli olduğunuz bəzi məlumatlardan bəhs edəcəyik.
– Əgər 2 insanın bədənindəki su miqdarı çoxdursa, o zaman eyni miqdarda qəbul edilmiş alkoqol fərqli təsir edəcəkdir. Bədənindəki su miqdarı çox olan insanın sərxoş olma ehtimalı aşağıdır.
– Əzələlər yağlardan daha çox su tutur. Bu səbəblə, əzələ kütləsi çox olan insanlar daha az sərxoş olur.
– Alkoqol bədəndəki su səviyyəsini azaldır.
– Bir böyük qədər şərab 180 kaloridir. Yarım litr pivə isə 215 kalori.
– Alkoqol daha çox yeməyə səbəb olur.
– Yemək yedikdən sonra alkoqol qəbul etsəniz, bu zaman onun qana qarışmasının qarşısını alacaqsınız. Yemək mədəni astarlayır və alkoqolun incə bağırsağa keçməsinin qarşısını alır.
– Qırmızı şərab, tərkibindəki polifenollar sayəsində ürək üçün xeyirlidir. Damarların genişlənməsinə və təzyiqin aşağı düşməsinə səbəb olur.
– Şərab nə qədər tünddürsə, tərkibindəki polifenol o qədər çoxdur.
– Bir qədəh şərabdakı polifenol miqdarı:
1 ovuc qoz (24 qram)
25 qram acı şokolad (70% kakao olanlardan)
1.5 ədəd alma
360 ml çay
158 qram badam
Bu qidalarla eyni miqdarda polifenola sahibdir.
– Alkoqol gecənin ilk yarısında tez və dərin yuxuya getməyinizə səbəb olur, lakin ikinci yarısında daha yüngül yuxu yatmağınıza gətirib çıxaracaqdır.
Mənbə: Netflix, The truth about alcohol