Bəzən həyatımızı həqiqətən yoluna qoymaq üçün tamamilə çökməyi gözləməli oluruq. Qalıcı dəyişikliklərin və böyük qərarların arxasında həmişə o “çöküş”-lər dayanır. O anlarda anlayırıq ki, artıq həyatımızı dəyişdirməyin vaxtı gəlib. Bəs həyatımız çöküş yaşamadan da onu dəyişdirmək lazım olduğunu haradan bilək?
Tam da bu nöqtədə sizə dost olub, sizi silkələməyə çalışacağıq. Aşağıda özünüzü sorğulamağa kömək edəcək 15 ədəd cümlə var. Bu cümlələrdən hansılar sizə aiddir? Cümlələrin neçə faizi sizə aiddirsə, həyatınızı o qədər dəyişməli olduğunuzu nəzərə alın.
1) Hər bazar axşamı bazar ertəsi üçün narahat oluram. Stress keçirirəm.
2) Kiçik şeylər məni narahat edir.
3) Kimsə məndən sakitləşməyimi istəyəndə əsəbləşirəm.
4) Hər zaman keçmişdə yaşadığım hadisələri fikirləşirəm.
5) Ətrafımdakı bir çox insanı tanıdığım üçün peşmanam.
6) Hər stresli keçən günün sonunda alkoqol qəbul edirəm.
7) Yaxın çevrəmdəki insanlar gözləntilərimi qarşılamır.
8) Cəmiyyətə faydalı insan deyiləm.
9) Ətrafımdakı bir çox insanı özümlə müqayisə edirəm.
10) Hər səhər oyandığım zaman özümü yorğun hiss edirəm.
11) Xoşbəxt olmamaqdan qorxduğum üçün böyük xəyallar qurmuram.
12) Sonsuza qədər yalnız qalmaqdan qorxuram.
13) Günün müəyyən saatlarında sinəmin altında məni narahat edən gərginlik hiss edirəm.
14) İnsanların uğurlarının altında başqa şeylər axtarıram.
15) Qərarsızlıq başıma bəladır!