Norveç deyiləndə insanın ağlına ilk olaraq rəfah, təbiət, gözəl insanlar gəlir. Bir çox inkişaf etmiş ölkələr üçün belə Norveç möhtəşəm bir diyar kimi görünür, amma Norveçin də neqativ tərəfləri var. Təbii ki, bu mənfi tərəflər insandan-insana, dəyişə bilər.
– Zibillər həftədə 2 dəfə yığılır. Böyük ehtimal daha az şey tükətdikləri üçün daha az zibil yığılır. Hətta istifadə tarixi keçmiş, amma xarab olmamış məhsulları belə işlədib bitirməmiş atmırlar.
– Şəhərin mərkəzindəki evlər çox balacadır.
– Əgər hər hansısa bir işin içində insan əməyi varsa, o şey çox bahalı olur.
– Ustalar işini bilmir. Sağlam bir maşını təmirə aparsanız, təmirdən xarab şəkildə götürə bilərsiniz. Üstəlik saatlıq xərcini də ödəməli olursunuz.
– Bahalılıq və işini bilməzlik bir araya gələndə, təmir işlərini özünüz görməli olursunuz.
– Bakıda uyğun qiymətə edə biləcəyiniz bir şeyi orada etmək çox çətindir. Məsələn, tort almaq, bərbərə getmək, kserekopiya etdirmək.
– Ölkədə hər şey bahalıdır, alkoqollu içkilər isə daha bahalıdır.
– Həftə içi saat 8, şənbə saat 6-dan sonra pərakəndə alkoqol satışı yoxdur.
– Kənarda yemək bir lüksdür və restoran yeməyi yoxdur. Sadəcə burger, pizza və s. kimi yeməklər yeyə bilərsiniz.
– Evə yemək çatdırılması demək olar ki, yoxdur.
– Nəqliyyat çox bahalıdır. Maşınınız varsa, şəhərdə saxlamaq da bahalıdır. Ona görə də bahalılıqdan sadəcə velosipedə minə bilirsiniz. Motorlu və uşaqlar üçün səbətli velosipedlər mövcuddur.
– Maşınlar bahalı deyil, amma sürücülük vəsiqəsi almaq çox bahalıdır.
– Çox asan görünən işlər Norveçdə çətinləşə bilər. Məsələn, anlıq olaraq taksi çağırmaq.
– Xəstəxanalar demək olar ki, pulsuzdur. Amma tətil zamanlarında həkim tapmaq çətin məsələdir.
– İyul-avqust aylarında ölkəni “bağlayıb” tətilə gedirlər. Hər şey 10 qat daha yavaş irəliləyir.
– Evində televizor olan hər kəs izləsə də, izləməsə də 300 avro pul ödəməlidir.
– Avtobusda hamı tək oturur. Əgər tək oturacaq yoxdursa, ayaqüstə dayanırlar. Avtobusun arxa tərəflərinə irəliləmirlər. Hətta avtobusda boş yerlər varsa, heç kim arxaya keçmədiyi üçün avtobusa minə bilmirsiniz.
– Velosiped oğurluğu pik həddədir. Sadəcə velosipedi deyil, onun hissələrini də oğurlayurlar, bir təkərini, zəncirini və s.
Bu yazılanlar Norveçin Bergen şəhərindən nümunələr idi.