Bir xanım 1995-ci ildə Qroznı şəhərində yaşayırmış. Şəhəri bombalayanda, biri də qonşunun evinə düşür, amma partlamır. Gedirlər baxmağa, görürlər ki, bombanın üstündə “Mən də belə kömək eləyə bildim. Saşa” yazılıb. Bombanın partladıcı mexanizmi üstündə yox imiş.
Xülasə: Yaxşılığın və yaxşının milləti yoxdur. Güman ki, pisin və pisliyin də