Atlantik okeanında, Kanada sahillərindən 240 kilometr kənarda sirli Seybl adası yerləşir. Adada tez-tez tufanlar olur. Amma adanın sirri ondadir ki, o bir əsrdə 20 kilometr şərqə tərəf irəliləyib. Adanı 16-cı əsrdə portuqaliyalı dənizçilər tapıblar və ona Santa-Krus adı veriblər. Bəzən adanı “matəm adası” deyə adlandırırlar. Çünki adada müxtəlif ölkələrin yüzlərlə gəmisi məhv olub.
Ada böyük məxluqa bənzəyir, o illərdir ki, hərəkət edir, lakin nə uzunluğu nə də eni dəyişir. Alimlərin sözlərinə görə, tezliklə adanın sürəti ildə 200 metrə çatacaq. Artıq iki əsrdir ki, alimlər bu adanı öyrənməyə cəhd edirlər. Adada hər hansı tikili tikmək istədikdə tikililər qumla dolur və dağılır. Kanadalılar tez-tez adada müxtəlif insanların gəzdiklərini deyirlər. Ada isə boşdur.
Paranormal hadisələr üzrə mütəxəssislər deyirlər ki, orada batan gəmilərdəki ruhlar – fantomlar adada qalırlar. Onlar adanı tərk edə bilmirlər və ada nəinki batan gəmilərin matəm adasına, həm də itkin düşmüş ruhların vətəninə çevrilir.