Bu dəfə çox insanın yanlış tanıdığı autizm haqqında məlumatları sizinlə bölüşürük. 🙂
Autizmin tərifini qısa desək, beynin inkişafına mane olan xəstəlikdir. Çox qarışıq irsi faktorlara əsasən yaranır. Bu xəstəliyi “Asperger” sindorumdan ayıran daha ağır olmasıdır. Autizmin yaranması kimi inkişafı da müəyyən qədər müəmmalıdır. Bu səbəbdən xəstəliyin qarşısının alınması bu günümüzdə mümkün deyil.
Autizmin əsas simptomları;
1. Sosial ünsiyyət problemləri
2. Məhdud və təkrarlanan davranışlar
Bütün bunlar erkən yaşlarda (uşaqkən) aşkar edilir. Simptomlar davamedicidir və gündəlik yaşayışa müdaxilə edir.
Autizmdən əziyyət çəkən bir çox insanın duyğu problemi olur. Bu ya duyğuların həddən artıq çoxluğu, ya da normadan az olması ilə bağlıdır. Səsə, işığa, rənglərə reaksiyalar fərqli ola bilir.
Autizmli uşaqlar və böyüklər verbal və qeyri-verbal ünsiyyətdə çətinlik çəkirlər. Məsələn, onlar danışılan dili, jestləri, göz əlaqələrini, səs tonunu, üz ifadələrini başa düşmürlər. Həmçinin özləri də yuxarıda sadaladıqlarımızdan istifadə etmirlər.
Hər 68 uşaqdan biri autistik simptomlar daşıyır. Oğlan uşaqlarında bu xəstəliyin olma riski qız uşaqlarına nisbətdə 5 dəfə çoxdur. Əkiz uşaqların biri autizm xəstədidirsə, digərində olması 36-95%-dir. İlk uşaq autistik olduqda isə həmin ailədə ikinci uşağın xəstə olma ehtimalı 18%-dir.
Hər il 2 aprel tarixi dünyada “Autizmlə Mübarizə Günü” kimi qeyd olunur.
Bəzən maarifləndirmə doğru şəkildə aparılmadığı üçün valideynlər uşaq sakit və ya hiperaktiv olduğu təqdirdə onun autizmli olduğunu düşünürlər. Bu zaman həkimə müraciət etməklə doğru diaqnoz qoyulmalıdır.