Dünyanın əsrarəngiz ölkələrindən biri, hətta bəzi şəxslərə görə birincisi Norveçdir. Təbiəti, şəraiti və bir çox keyfiyyətləri ilə diqqət mərkəzində olan ölkədir. İndi isə keçək Norveç haqqında maraqlı faktlara. 🙂

• Norveçin rəsmi adı “Kongeriket Norge” adlanır, yəni Norveç Krallığı.

• Norveç sözü Nordweg sözündən yaranmışdır, mənası “şimali yol”deməkdir. Ölkənin rəsmi simvolu şirdir.

• Pendir dilimləyici ləvazimat ilk dəfə 1925-ci ildə Norveçdə kəşf olunmuşdur.

• Norveç ərazisində yeganə aktiv vulkan Beerenberg‘dir. Vulkan Jan Mayen adasından 2.227 metrdə yerləşir.

• Laerdal Tuneli dünyanın ən uzun yol telidir, uzunluğu 24.5 km’dir.

• Norveçdə alkaqollu içkiləri ancaq Vinmonopolet adlı mağazalardan ala bilərsiniz. Hər şəhərdə 2 yerdə yerləşir, kəndlərdə isə heç yoxdur.

• Hal-hazırda istifadə olunan dəmir qablı aerozol spreyini ilk dəfə norveçli Erik Rotheim ixtira etmişdir. 8 oktyabr 1926-cı il tarixində patenti alınmışdır.

• Londonun Trafalqar Meydanında qurulan “yeni il” ağacı 1946-cı ildən etibarən Norveçdən gətirilir.

• Norveçdə televizor sahibi olmaq fikrinizdən keçirsə, 480.66 dollar məbləğində lisenziya haqqı ödəməli olacaqsınız. 🙂

• Dünyada ən çox qızılbalıq ixrac edən ölkə Norveçdir.

• Grandiosa dondurulmuş pizza Norveçin qeyri-rəsmi milli yeməyi hesab olunur.

• 1994-cü ildən etibarən Norveç Avropa Birliyinin rəsmi üzvü deyil.

• Norveç dünyada ən çox neft ixrac edən ölkələrdən olsa da, dünyada ən bahalı benzin satışı Norveçdədir, 9.79 dollar.