Yəqin ki, çoxunuz xəbərdarsınız ki, Antarktidaya səyahət etmək mümkündür. Çox baha turlar olur, ancaq ümid edirəm bir gün oranı canlı görə biləcəm. Çox sehrli bu buz dolu yerlər fərqli təbiətə malikdir. Ona görə də həmən yerlərin özünə xas qayda qanunları var. Əgər ora səyahə etmək istəyirsənsə, bunları etməməlisən!
Yosunların üzərində gəzmək qadağandır!
Çox soyuq olan bu yerdə bir bitkinin bitməyini təsəvvür edə bilirsiniz? Bu çox uzun müddətdə baş verir. Ona görə də qəti olaraq, onları tapdalamamağınız lazımdır. Bundan əlavə bəzən quşlar həmən yosunların içində öz yumurtalarını gizlədir. Onları qorumaq üçün də belə qanun qoyulmuşdur
İtmiş pinqivinlərə yol göstərməyin!
Bəzən kiçik qayıqlarda pinqivinlər gizlənməyi sevirlər. Onları gördüyünüz zaman səs salmamalısınız. Pinqivinlər harda olsalar da yollarını özləri rahatlıqla tapa bilirlər.
Delfinlər və Balinaları qorxutmayın!
Bəzən qayıqda olarkən, ətrafınızda delfinlər görə bilərsiniz. Qayığı onların üzərinə sürməyin. Onlar sizin qayıq ilə yarışacaqlar, ancaq bu vəhşi təbiətə bir başa təsirdir. Əgər bəxtiniz gətirsə, balina və delfinlər özləri sizin ətrafınızda üzəcəklər.
Bundan əlavə bəzən torlara ilişmiş heyvanlar görə bilərsiniz. Mütləq onlara kömək edin. Bunu siz etməyin, tur rəhbəriniz etsin, ancaq mütləq xəbər etməyiniz lazımdır. Beləliklə, sizə də həmişə xatırlayacağınız xatirə qalacaq oralardan!
Suvenirlərə yox!
Bəzən getdiyimiz yerlərdən bir şeyləri yadigar saxlamaq istəyirik. Ancaq buradan bir şey götürməyiniz qəti qadağandır. Buradan kiçik daş belə götürmək olmaz, çünki onsuz çirkləndirdiyimiz təbiətin dəstəyə ehtiyacı var. Ona görə də orada olan daşlar, sümüklər və hər şey təbiət üçün vacibdir.
Tək qalmayın!
Külünüzü yığışdırmağı unutmayın. Suyu və təbiəti çirkləndirməmək çox önəmlidir. Bundan da əlavə gəldiyin qrupdan ayrılma. Bura çox soyuqdur və əmin ol ki, sonra səni heç kim tapa bilməyəcək!