Ən sevdiyim aktyorlardan biri də Jonny Depp’dir. Rolunun haqqını verənlərdəndir. Bir də bu adam qrimin ustasıdır məncə. Çox fərqli qrimlərlə çox fərqli rollar yaradır və ən çox sevdiyim tərəfi də budur. Hətta bəzən elə olub ki, illər sonra bilmişəm ki, sən demə bunu Johnny oynayıb. İndi isə ən fərqlilərini sizlərə təqdim edirəm.
EDWARD SCISSORHANDS (1990)
İlk öncə bu rola Tom Cruise təklif edilsə də daha sonra Depp oynayır. Edvard Pinokyo kimi düzəldilib və bir şeylər yolunda getməmişdir – onun əlləri qayçı kimidir. O, hər kəsi incidir, kəsir və zərər yetirir. Johnny rolun öhdəsindən uğurla gəldi və izləyiciləri onu daha çox sevdi.
JACK SPARROW – PIRATES OF THE CARIBBEAN (2003 -)
Bu filmi sevməyən var görəsən? Çox insanın bəyənmə səbəblərindən biri isə Depp’in yaratdığı obrazdır. Başdan ayağa özü tərəfindən yaradılan bu işə yaramaz pirat hal hazırda Disneyin sevimli qəhrəmanlarından biridir.
WILLY WONKA – CHARLIE AND THE CHOCOLATE FACTORY (2005)
Bu filmi izləyib, onun Depp olduğunu anlamamışdım. Çox fərqli görünür və hər zamanki kimi rolunun öhdəsindən ustalıqla gəldi.
THE MAD HATTER – ALICE IN WONDERLAND (2010)
Alice kiçik yaşlarımızdan sevdiyimiz qəhrəmandır və hər kəsin bu kitabı oxuduğunu düşünürəm. Düşünmə gücümüzü artıran nağıldır. Filmi də əla oldu, çünki Johnny olan heç bir film pis ola bilməz!
TONTO – THE LONE RANGER (2013)
Burada qırmızı dərili Amerikalını canlandıran Depp müsahibəsində bildirmişdir ki, bu rol bəlkə onun üçün belə qəliz idi, ancaq həmişəki kimi fərqli obrazı ilə izləyiciləri təəccübləndirdiyini düşünürəm.