Qan bədəndə şəkərin, oksigenin və hormonların yayılmasına kömək edir. Çox önəmli rolu var və qan haqqında maraqlı faktlarla sizləri təəccübləndirmək istərdik.
Qan oksigensiz qaldıqda belə maviləşmir. Hər zaman qırmızı olaraq qalır. Bəzi heyvanlarda fərqli rənglərdə qanların olmasından əlavə, qanama olduqda da fərqli olan qan növləri ola bilər.
1628-ci ildə Viliam Harvey ürək və qan arasında əlaqəni tapa bildi. Ondan əvvəl insanlar düşünürdü ki, ürək qanı yeyir.
Fərqli qan qruplarının olmasını 1901-ci ildə Karl Landsteiner kəşf etdi. Bundan öncə bu haqqda tam məlumat yox idi.
İnsanlarda məlum 4 qrup qan olsa da, heyvanlarda daha fərqli qan qrupları mövcuddur. Məsələn, itlərin bir neçə fərqli qan qrupları vardır.
Keçmiş romalılar qladiatorların qanlarını içirdi. Onlar qanın xüsusi gücü olduğunu düşünürdülər. Ona görə də bəzi heyvanların və qladiatorların qanını içirdilər. Hətta rəvayətə görə qan içdikdən sonra qanadlarının yaranmasına da inanırdılar.
Heyvan və insan qanları bir-birinə köçürülə bilməz. Bunu sınaqdan keçirdikdən kəskin ürəkbulanma və böyrəklərdə problemlər aşkar edilmişdir.
Dostlar, qan sağlamlıq üçün önəmlidir. Vitaminli qidalanmağa diqqət edin. Qan bağışlamaq da çox önəmlidir. Bununla bağlı da köməyinizi əsirgəməyin. Xoşbəxt etmək sizləri də xoşbəxt edəcəkdir!