İngiliscə yazılan bəzi qısa sözlər var ki, gündəlik yazışmalarda, müasir gənclərin danışığında tez-tez görüb, eşidirik. Bəs bu sözlərin mənası nədir? Gəlin, birlikdə öyrənək!
- LOL: Laugh out loud- Qəhqəhə ilə ucadan gülmək
- OMG: Oh my god- Aman tanrım!
- ILY: I love you- Səni sevirəm!
- PPL: People- Ey insanlar
- IDK: I don’t know?- Mən bilmirəm/ Mən nə bilim
- TBH: To be honest- Əslində/ Dürüst olmaq gərəkirsə
- BTW: By the way- Yeri gəlmişkən
- THX: Thanks- Çox sağ ol!
- AMA: Ask me anything- Ürəyin istədiyini soruş
- TBT: Throwback Thursday- Keçmişə səyahət…
- JK: Just kidding- Zarafat edirəm!
- IMO: In my opinion- Məncə
- YOLO: You only live once- Bir dəfə yaşayırıq bu həyatda
- FYI: For your information- Məlumatınız olsun ki…
- IDC: I don’t care- Məni maraqlandırmır/ Vecimə deyil
- TGIF: Thank God it’s Friday- Şükür allaha 5ci gündür!
- IRL: In real life- Əslində/ Həyatda
Həəə, indi bütün dostlarınızla cool sözlərlə yazışmağa hazırsınız!