Bu filmi izləyəniniz olub? “The Internship“ izlədiyim ən motivasiya verici filmlərdəndir. IMDB xalı 6.3 olsa da, izləməyinizi tövsiyyə edərdim. Burada xoşladığım mesaj odur ki, boş boş hər şey yaxşı olacaq mesajı vermir bizlərə! Əksinə – İstə, çalış və hər şey yaxşı olacaq mesajını alırıq. Ona görə də belə qərarə gəldim ki, film ilə həyatımızı əlaqələndirim. Ümid edirəm ki, könlünüzcə olan motivasiyanı əldə edəcəksiniz 🙂
Bəzən hamımız özümüzü işəyaramazın ən böyüyü sayırıq. Bəs nəyə görə belə hiss yaranır bizdə? Çünki hamımız hər səhər durub eyni şeyləri edirik. İşdə isə atom parçalamadığımız üçün bizə elə gəlir ki, heç nə etmirik. Əslində isə bütün günü hərəkətdəyik. Mən məsələn səhər durandan axşam saat 10a qədər qaçhaqaçdayam, amma yenə də özümü işləyən sadə adamdan başqa biri olaraq görmürəm.
Bəs bu fikri necə başımızdan çıxaraq? Necə edək ki, özümüzü çox önəmli hiss edək?
Bunun üçün daim öyrənmək lazımdır. Öyrənəcəyimiz şeylər müxtəlif ola bilər. Məsələn günə 10 xarici söz öyrənə bilərik. Bu sevdiyimiz dildən ola bilər, və ya biznes üçün olan sözlər ola bilər, onlayn kurs ola bilər, gündə 1 vərəq kitab ola bilər. Sadəcə hər daim öyrənmək lazımdır. Bu yalnız cavanlara aid deyil, həmçinin yaşlılar da bunu etməlidir.
Bizdə bir şeyi də müşahidə etmişəm ki, insanlar 25’dən sonra özlərini 85 yaşında pensiyaya çıxmış kimi hiss edir. Xeyr, elə deyil! Sən cavansan, gözəlsən və dünyanı kəşf etməyə başlayacaq qədər enerjilisən! Elə bu filmdə də iki yaşca daha böyük adamların internship-ə başlamasını göstərirlər bizə. Hamı gülür, onları ələ salır. Onlar isə heç həvəsdən düşmürlər. Çünki artıq itirəcək heç bir şeyləri yoxdur və yeni bilgilər öyrənərək daha çox şeyə sahib ola bilərlər. Ən azından havayı yemək var burada 😀
Əlbəttə bunlar mənim fikirlərimdir və bəziləriniz mənimlə razılaşmaya bilərsiz, amma məncə bu həmişə belədir: Bəzən yeni yola çıxmaq üçün əlimizdə olanları itirməyimiz lazımdır. O zaman daha ürəkli oluruq, amma siz siz olun, əlinizdə olanlarla belə yeni yollara çıxın. Ən pis halda sizin üçün bir təcrübə olacaqdır. Elə bu ikisi üçün də təcrübə olmadı mı? Olduuuuuu! Təcrübədən əlavə, həyatlarını dəyişdirdilər… Hər şey öz əllərimizdədir, əgər elə düşünmürsünüzsə deməli bəhanələri sevirsiz. Amma məncə pulsuz puddingli yerdə işləmək bəhanədən daha yaxşıdı 😀 (p.s okay, boynuma alıram – I am a sweet tooth)
Ümumiyyətlə ətrafımız çoxlu şanslarla doludur. Bu şansları görmək üçün daha çox diqqət lazımdır. Bu diqqətə sahib olmaq üçünsə, daha çox inanmaq lazımdır. İnanın əzizlərim! Hər şey gözəl olacaq yox, hər şey ÇALIŞSAQ gözəl olacaq! Ona görə də haydiii başladıq!
Film mənə necə motivasiya veribsə “Google”da iş elanlarına baxıram 😀 Bütün vakansiyalarına “apply” edəcəm hələ 😀