Mətbəxdə yemək hazırlayarkən bunları etsəniz, həyatınızı təhlükəyə atmış olacaqsınız:
1. Yeməyin xarab olub olmadığını yoxlamaq üçün dadına baxmaq
Yeməyin dadına baxmaqla və ya qoxusunu hiss etməklə onun daxilində olan bakteriyaları görə bilməyəcəksiniz. Ancaq bütün bunları etməklə ciddi zəhərlənməyə yol aça bilərsiniz. Odur ki, yeməyin xarab olduğuna az da olsa şübhə edirsinizsə, onu dərhal atın.
2. Məhsulu buzluqdan çıxarıb masada əritmək
Zərərli qida bakteriyaları 4-60°C çoxalır. Bu səbəbdən də məhsulu ya soyuducunun aşağı rəglərində əritmək daha məqsədə uyğundur.
3. Çiy əti yumaq
Üzərində ləkə olmayan əti yumayın. Belə ki, əti yuduğunuz zaman bakteriyalar rakovinaya keçir və beləliklə boşqablarınıza ayaq açır. Bu isə zəhərlənməyə səbəb ola bilər.
4. Çiy xəmirin dadına baxmaq
Heç vaxt və heç bir halda çiy yumarta yeməyin. Çiy yumurtanın tərkibində salmonella və digər zərərli mikrooqranizmlər var. Bundan əlavə tərkibində yumurta olmayan xəmiri belə yemək olmaz. Belə ki, çiy xəmirin tərkibində zəhərlənməyə səbəb olan bağırsaq çöpləri var.
5. Əti, balığı və yumurtanı tam bişmədən yemək
Yemək yalnız yetəri tepmeraturda bişdiyi zaman tam təhlükəsizdir. Çünki bu halda onun tərkibində olan bütün bakteriyalar məhv olur. Əks hal, zəhərlənməyə səbəbdir.
6. Əlləri yumadan süfrəyə oturmaq
Yemək yeməzdən öncə və sonra əlləri sabunla yumaq şərtdir. Çünki əllərimiz ən böyük bakteriya daşıyıcılarından biridir.
7. Qab yuyan süngəri gec-gec dəyişmək
Süngər mətbəxin ən çirkli əşyasıdır. Onu hər gün dezinfeksiya etmək və ya hər həftə dəyişmək gərəkdir.