Kurortlarda gördüyünüz meymunlar, tısbağalar, delfinlər artıq sizi təəccübləndirmirsə, Keniyada yerləşən Giraffe Manor hotelinə baş çəkin, çünki orada sizi zürafələr qarşılayacaq.

Niyə məhz zürafələr? Çünki hotel 1974-cü ildən etibarən nəsli kəsilmək üzrə olan Rotşild zürafələrinin yaşadığı qoruğun ərazisində yerləşir. Xəbərdarlıq edirik, səhər yeməyi yediyiniz zaman zürafələr pəncərədən başını içəri salaraq, boşqabınızdaki yeməklərə şərik olmaq istəyəcək. Yox, yox. Narahat olmağa və qorxmağa dəyməz. Zürafələr olduqca mehriban və son dərəcə təhlükəsizdirlər. Siz onlarla selfi çəkdirə bilərsiniz, onlar isə təşəkkür olaraq əlinizi yalaya bilər.

Rezervasiya üçün bu keçidə klik edin.