Pablo Eskobar tarixin ən nəhəng narkobaronudur. Bundan əlavə o, ən qəddar cinayətkarlardan biri kimi də tanınır. Ən təəccüblü isə odur ki, bütün bunlara baxmayaraq Eskobar kilsələrə, məktəblərə yatırım etmiş və kasıblara hər zaman yardım əlini uzatmışdır. Kokain kralı haqqında daha çox fakt öyrənmək üçün oxumağa davam edin:
- Pablo 200 hakim, 1000 polis, müxbir və dövlət işçiləri daxil olmaqla ümumilikdə 4000 insanın ölümündə təqsirkar görülür.
- Biznesinin qızğın vaxtlarında Eskobar ölkəyə gün ərzində 15 ton kokain gətirmişdir.
- 1980-ci illərdə ABŞ-a daxil olan kokainin 80%-ində Pablonun əli var idi.
- Narkotik alverinə başlamazdan əvvəl Eskobar qəbir daşlarının alveri və maşın oğurluğu ilə məşğul idi.
- 1976-cı ildə 27 yaşlı narkobaron 15 yaşlı Mariya ilə ailə qurmuşdur.
- Bir gün hökumət agentlərindən gizlənərkən narkobaron ailəsi ilə birlikdə gecəni açıq səma altında keçirməli olmuşdur. Bu zaman onun qızı Manuella üşüdüyü üçün Eskobar 2 milyon dollara yaxın məbləği yandıraraq, ocaq qalamışdır.
- Escobar özü tərəfindən “La Catedral” layihəsinə əsasən tikilmiş həbsxanaya yerləşdirilmişdi. Həbsxananın daxilində kazino, gecə klubu və hətta spa da var idi. Daha sonra Kolumbiya höküməti bundan xəbər tutdu və narkobaronu dövlət həbsxanasına yerləşdirmək qərarına gəldi, ancaq bu alınmadı, çünki Pablo qaçdı.
- Pablo tərəfindən ABŞ ərazisinə daxil olan ən böyük narkotik partiyasının çəkisi 23 ton təşkil edirdi.
- Pablo Eskobar 44 yaşında agentlər tərfindən yaxalanarkən güllələnmişdir. Onun intihar etdiyi də ehtimal olunur. Narkobaronun cənazəsində 25 000 insan iştirak etmişdir.