Saçların ağarması yaşla əlaqəli olan təbii haldır, ancaq saçlarınıza 30 yaşdan erkən dən düşməyə başlayarsa, bu o deməkdir ki, orqanizminiz sizə bu mesajları verməyə çalışır:

Ürək xəstəlikləri

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, kişilərdə erkən saç ağarması ürək xəstəlikləri ilə əlaqəlidir.


Orqanizmdə peroksidin yığılması

Normal rejimdə saç follikullarımız az miqdarda peroksid ifraz edir, ancaq peroksid yığıldıqca, saçlar rəngini itirir.


D3 və B12 vitaminlərinin çatışmamazlığı

Alimlərin apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, D3 və B12 vitaminlərinin çatışmamazlığı melanin itkisinə səbəb olur. Melanin isə saç rənginə cavab verən maddədir.


Siqaret aludəçiliyi

Sübut olunmuşdur ki, davamlı siqaret çəkən insanların saçları digər insanlara nisbətən daha tez ağarır. Yeri gəlmişkən, sözü gedən pis vərdiş həm də saç tökülməsinə səbəb ola bilər.


İrs

Erkən saç ağarmasının bəzən irsi də ola bilər. Belə ki, alimlər erkən saç ağarmasına səbəb olan genlər aşkar etmişdir. Bu isə o deməkdir ki, valideynlərinin saçı 30 yaşından erkən ağaran övladlar da eyni problemlə üz-üzə qala bilər.