Zəmanə gözəldir deyilmi? Axtardığınız hər hansı məlumatı tapmaq üçün bir neçə düyməni basmaq kifayət edir. Google axtarış sistemində axtarışlarınızı daha da effektiv etmək üçün 6 hiyləni sizinlə paylaşırıq:

  • Bildirchin.az-da maraqlı bir məqalə oxumuşdunuz, indi isə onu dostlarınızla paylaşmaq istəyirsiniz? Məqaləni anında tapmaq üçün ilk öncə saytın adını daxil edin, daha sonra isə mətnin adını.



  • Yaddaşınız pis yoldaşdır? Sevdiyiniz mahnının sözlərini xatırlamaq üçün «*» simvolundan istifadə edin.



  • Yox əgər yadınızdan bir deyil, bir neçə söz çıxıbsa, birinci və sonuncu sözü yazın, onların arasında isə AROUND (unutduğunuz sözlərin təxmini sayı) yazın. Misal üçün: «Bir inci AROUND(6) o da».



  • Əgər sizə müəyyən zaman ərzində baş verən hadisələr maraqlıdırsa, söz birləşməsindən sonra tarixləri yazın və onların arasında 3 nöqtə qoyun.



  • Əgər siz bir geyim markasını çox bəyəndiniz və eyni tərzə malik daha bir neçə markanın saytına daxil olmaq istəyirsinizsə, saytın adını daxil etməzdən öncə «related:» şifrəsini daxil edin.



  • Lazımsız terminləri axtarışdan xaric emtək üçün sözün qarşısında minus qoymağınız kifayətdir. Məsələn, siz kitab saytlarına daxil olursunuz, ancaq kitab qoxusunu sevdiyiniz üçün kitabları elektron formada yükləmək fikrində deyilsiniz.