✔ Sahəsi 9,4 milyon kv.km-dir. Başqa sözlə desək, təxminən Çin və ABŞ’ın ərazisinə bərabərdir.
✔ Səhra qərbdən Atlantik okeanı, şimaldan Aralıq dənizi və Atlas dağları, şərqdən Qırmızı dəniz, cənubdan isə Sudan və Niger çayının vadisi ilə sərhədlənir.
✔ Saxara əvvələr rütubətli məkan idi. Canlı aləm üçün kifayət qədər əlverişli şəraiti var idi, lakin 4000 il əvvəldən etibarən burada quraqlıq başlayır. Səbəbi isə Yer oxunun orbit müstəvisinə olan meyillilik bucağının dəyişməsi idi. Bu da öz növbəsində iqlim dəyişikliyinə səbəb olur. Qeyd edək ki, son 41 000 illik periodda bu bucaq 22,1 – 24,5 dərəcə arasında dəyişib. Hal hazırda isə 23,44 dərəcədir və azalmağa davam edir.
✔ Səhranın səthi qum təpəcikləri, çınqıl ovaları, daş yaylaları, duzla örtülü sahələr, quru vadilər, dağlar, çaylar, vahələrlə örtülüdür.
✔ Hər nə qədər quraq yer olsa da, şimal və cənub yüksəkliklərində seyrək çəmənliklərə də rast gəlinir.
✔ Qum təpəciklərinin yüksəkliyi bəzən 180 metrə qədər olur
✔ Ən yüksək nöqtəsi isə Tibesti massivindəki Emi Koussi (sönmüş vulkandır) zirvəsidir: 3415 m
✔ Saxarada axan çaylar adətən mövsümi, ya da tez – tez quruyan olurlar.
✔ Ərazisində təxminən 20 göl var ki, onların 19’u duzludur. Təkcə Çad gölü şirin suludur və istisnalıq təşkil edir
✔ Bura dünyanın ən çox yeraltı su toplanmış ərazilərindəndir. Təsadüfi deyil ki, səhrada 90 iri ölçülü vahəyə rast gəlinir
✔ Bizim üçün imkansız görünsə də, ərazisində 2 milyon əhali yaşayır.
✔ Bir digər maraqlı fakt odur ki, arxeoloji qazıntılar zamanı Dinozavr fosilləri tapılıb
✔ İqlimi çox sərt, hətta əzazildir. Gündüzlər temperatur +58 dərəcəyə qədər qalxsa da, gecələr -6 (şaxta) dərəcəyə qədər düşür.
✔ Səhranın yarısında illik 79 mm yağıntı müşahidə olunduğu halda, digər yarısında bu rəqəm 100 mmdir. Yəni cəmi 179 mm. Müqayisə üçün qeyd edim ki, Bakı və Sumqayıtda illik yağıntı miqdarı təxminən 250-300 mm arasında dəyişir.
✔ Qar səhranın yüksək dağlıq ərazilərində nadir hallarda müşahidə olunur. Alçaq ərazilərinə isə ilk dəfə 1979-cu ilin 18 fevralında yağıb(Əlcəzairin cənubuna) Eyni ərazidə qar 2012-ci ildə ikinci, bu qış isə üçüncü dəfə təkrarlanıb(şəkillərdə görə bilərsiz)
✔ Son olaraq isə, Sahara sözü ərəb dilindən tərcümədə səhra deməkdir.