İşiniz nədən ibarət olursa olsun, onu vicdan və sevgi ilə görmək hər zaman başınızı uca edər. Bunun bariz nümunəsi həmyerlimiz Rəşad Əliyevdir.

Rəşad Rusiyada yerləşən meyvə-tərəvəz pavilyonunun sahibidir. Bir gün bir jurnalist onunla təsadüfən tanış olub. Jurnalist tərəvəz alış-verişi edib və yola düşüb. Daha sonra o, arxasıyca qaçan və ona əl sallayan adamı görüb və kim olduğunu anlamayıb. Sən demə, jurnalist aldığı bir dəstə göyərtini götürməyi unudub və həmyerlimiz Rəşad müştərisinə həmin dəstəni gətirməyi özünə borc bilib. Jurnalist təəccübünü gizlədə bilməyib: «Hər müştərininmi arxasıyca qaçırsınız?», – deyə soruşub. Rəşadın cavabı belə olub: «Biz vicdanla işləyirik, qaçmaq lazım olsa belə».

Bir müddət sonra jurnalist Rəşaddan müsahibə almaq qərarına gəlib. Bildirchin.az həmin müsahibəni fəxr hissi ilə sizinlə paylaşmağa tələsir:

Belə bir təəssürat yaranır ki, insanlar bu işlə təsadüfən məşğul olmur. Sizin bu işə gəlişiniz necə olub?

Bu ailə işidir. 1990-cı illərin ortasında atamın Doyumlu bazarında meyvə və tərəvəzləri satacaq bir insana ehtiyac yarandı. Bu mənim atamdır. (Rəşad kənarda dayanan yaşlı adamı göstərir). Mən 9 yaşımda işləməyə başladım. 2-ci sinifi bitirmədim. Oxumağı və yazmağı daha sonra öyrənməyə başladım. Eybi yoxdur, axır ki öyrəndim. Bu jurnaldır: burada qeydlər olunur, gəlirlər, xərclər.

Bəs indi neçə yaşınız var?

Otuz üç.

Həmin günün üzərindən xeyli vaxt keçib. İndi iş gününüz necə keçir?

Səhər saatlarında adamlarım bazaya gedir. Artıq 5:30-da onlar mənə fotolar göndərir (telefonu götürür, WhatsAppı açır): bunlar bu günündür – gilas və çiyələklər. Mallar yaxşı olarsa, onları alırlar və satmaq üçün gətirirlər. Mən isə həmin vaxt çay içirəm, sonra uşaqlarla oynayıram və səhər 8-ə yaxın işə gedirəm. İndi gecə saat 10-dur, mən hələ də buradayam.

Şəhərdə satış nöqtələrinizin sayı çoxdur?

Yalnız bir dənədir və yeniləri açmağı planlaşdırmıram. Burada hər şey sadədir: eyni anda iki fərqli yerdə olmağım mümkün deyil. Mənsiz olmadan isə insanlar lazım olduğu kimi işləmir. Ona görə yox ki, onlar pis işçidir. Sadəcə ona görə ki, bu çətindir.

Mən diqqət etdim ki, burada illərdir eyni adamlar işləyir. Onlar tanışlarınız və qohumlarınızdır? 

Hamısı qohumlarımdır. Məsələn, bu kişi bacımın əridir. Bu isə yaxın qohumumun oğludur. Burada ancaq belədir. Kənardan işçi götürməyi yoxladım, gəlib mənimlə işləmək istəyənləri. Ancaq burada problem var: özgələr tez-tez alıcılara qarğı biganə qalırlar, onlarla kobud rəftar edirlər. Daha pisi isə onları aldadıdır və hiyləgərlik edirlər. Bu qəbuledilməzdir.

Sizin satıcılarınız hiyləgərlik etmir?

Mənim satıcılarım bilir: başqasının rublunu götürsən, yüz rublunu itirəcəksən. Və əksinə, kiməsə nəsə verdiyin zaman, daha çoxunu geri qazanırsan – bu ədalət qanunudur. Məsələn, bir nəfər 312 rublluq alış-veriş edibsə, mən ondan 300 rubl alıram. Gün ərzində 5000-7000 rubl endirimlərə xərclənir. Bəzən isə daha çox, lakin insanlarla mehriban olsam, endirim etsəm və onlara yaxşı bir məhsul satmış olsam onlar yenə gələcək.

Bu ki lap loyallıq proqramıdır. 

Bu loyallıq proqramı belə deyil. Mənim və doğmalarımın ailəsinə yemək pulu qazandıran insanlara qarşı xoş rəftardır.

Bəs siz öz işçilərinizi necəsə öyrədirsiniz?

Bəzən onları danlayıram (gülür). Elə hallar olur ki, satıcı tələsir, xiyarları paketə qoyur və səhlənkarlıqla piştaxtanın üzərinə ataraq alıcıya verir. Bu zaman mən deyirəm: «Paketi geri götür və səliqə ilə ver». Hətta mənə alıcılar cavab verir: «Eybi yoxdur, bu normaldır». Mən isə düşünürəm ki, bu normal deyil: pulu piştaxtaya atmalarını istəmirsənsə, sənlə hər kəsin salamlaşmasını və yenidən bura qayıtmalarını istəyirsənsə, alıcılara qarşı hörmətlə yanaş.

Özünüz bir çox alıcı ilə  şəxsən tanışsınız?

Bir çoxları ilə tanışam. Və bir çox insana kömək edirəm. Nənə üçün kartof üçün kifayət qədər pul olmur – mən elə belə verirəm və yaxud da, yaxın keçmişdə bir hadisə oldu – bir uşaqlı qadın gəlmişdi, varlı olmadığı açıq-aydın idi. Uşağının dişlərinin ağrıdığını deyirdi. Birlikdə əczanəyə getdik, onlara dərman aldım. İnsanlar mənə pulları itirdiyimi deyirlər, amma mən hesab edirəm ki, mən daha çox qazanıram, nəinki, itirirəm.

Bu biznes və mənfəət üçün deyil, xüsusi bir haldır?

Mən həmişə istədiyimi edirəm, mənim üçün yalnız mənfəət üçün edilən heç bir şey yoxdur. Əlbəttə, burada pul qazanırıq, amma heç kim insan münasibətini ləğv etməyib.

Pul haqqında. Hal-hazırda icarəyə nə qədər ödəyirsiniz?

Ayda 200 min rubldan artıq. Bu çoxdur, amma insanlar metrodan sonra 5 meyvə-tərəvəz kioskunu ötürərək, mənim məkanıma gəlirlər. Buna görə bu xərci etməyə dəyər.

İşinizdə gəlirlilik faizi nə qədərdir?

“Bizim işimizdə”, bütün satıcılar haqqında danışsaq, 50-100% – dir. Məndə isə 30-40%. Niyə belə böyük fərq var? Çünki orada bir kiloqram albalı aldığınız zaman (azca uzağı göstərir) əslində bir kiloqram deyil, 750-950 qram almış olursunuz: hər kəs tərəzini 5-25% çəkir. Bundan əlavə paketinizdə bir miqdar çürümüş giləmeyvə də olacaq. Bu pis bir məhsuldur və onun qiyməti sıfırdır. Elə bir satıcının yanına yenidən gələrsiniz?

Mənə satdıqlarını geri qaytarmaq üçün gələrəm.

Tamamilə doğru. Mən isə başqa cür edirəm: müştəriləri aldatmıram və təzə məhsul satıram. Bir kiloqramda böyük mənfəət yoxdur və mənim yanıma deyinmək üçün deyil, yenidən məhsul almaq üçün qayıdırlar. Hətta 2010-cu ildə yalnız insanların maaşını verməyə və bir az özümə pul çatırdı. Xərcləri ödəməyə çətinlik çəkirdim. Buna baxmayaraq, mən heç kəsi aldatmırdım.

Buna görə, zaman keçdikcə müştərilərin sayı çoxaldı: əvvəlcə piştaxtamız 3 metrlik, daha sonra isə 6 metrlik idi. İndi məkanımızın sahəsi artıb, üstəlik məhsulların bir hissəsi də küçədədir. Bu yaxınlarda burada asfalt çəkdik, hamısı öz hesabımıza.

Bu yaz, Udelnaya yaxınlığında yeni açılan pavilyon yandırıldı. Sual yaranır: 1990-cı illərin tərzində olan rəqabət hələ də mövcuddur?

Düşünmürəm ki, onu yandırdılar. Bunu nəzərdə tutursansa. Artıq heç kəs belə etmir. Əvvəl atəşə verilə bilərdi və polis bütün malları tuta (özünə götürə) bilərdi. İndi fərqlidir: əgər böyük şəbəkələr yaxşı ticarət etdiyini görər və onların bazarını öldürdüyünü görərsə, sadəcə icarəyə götürdüyün ərazini satın alar. Onlara pul ödəyib, orada olmadığınızı və oranın boş olduğunu görmək daha çox sərf edir. Bir neçə il bundan qabaq mən bu hala rast gəldim, məni buradan qovmaq istədilər, amma mən ərazini əlimdə saxlamağı bacardım.

Daha əvvəl də belə bir hal yaşanmışdı: qarşıdaki evin sahibləri daim bizə qarşı şikayətlər yazırdı, bizim burada ticarət etməyimizi istəmirdilər. Bütün bu şikayətlərə görə hətta bir neçə dəfə polisə aparıldım, ancaq biz heç bir qanunu pozmuruq, hər şey qanunidir. Həm də, polislər arasında da tanışlarımız var.

Bəs onlarla necə tanış olmusunuz?

Bir zamanlar burada oğurluq halları baş verirdi. Hətta mənim məhsullarımı deyil, alıcıların əşyalarını oğurlayırdılar. Qadın məhsulu seçirdi, oğru isə onun pul kisəsini oğurlayırdı. Və bu hal tez-tez təkrarlanırdı. Mən özüm onları tuturdum və onlarla danışmağa çalışdırdım. Onlar deyirdilər: «Sən öz işinlə məşğulsan biz də öz işimizlə. Biz sənə maneə olmuruq, sən də bizə maneə olma». Mən polis məntəqəsinə müraciət edirdim, orada mənə deyidilər ki, qoy, zərər çəkmiş müştərilər ərizə yazsın. Bu isə mənim üçün pis idi. Axı hər zaman oğurluğa məruz qaldığın məkana getməzsən.

Sonra mən bahalı bir viski aldım və qəbula belə yazılmadan onların başçısının yanına getdim və şikayət etdim və o mənə məsələni yoluna qoyacağını söz verdi. Nəticədə oğruları qovdular və onların başçısını tutdular. Artıq neçə ildir ki, Enotayevskayada heç bir oğru yoxdur. Polis məntəqəsinin başçısı ilə isə bu günə dək əlaqə saxlayırıq. O, bəzən alış-veriş etməyə gəlir.

Bir az əlaqəsiz sual verə bilərəm?

Buyur.

Siz milliyətcə…

Azərbaycanlıyam. Mənim adamlarım da.

Buna görə slavyanlar tərəfindən tez-tez hər hansı kobudluqla rastlaşırsınız? 

Mən hər zaman bütün Peterburq sakinlərinin nəzakətli rəftarını görmüşəm. Buna görə də mənim də onlara qarşı münasibətim istidir. «Ruslar belədir, ruslar pisdir» deyən insanlar məni özümdən çıxarır. Mən dərhal soruşuram: «Elə isə burada nə edirsən? Niyə Rusiyada pul qazanırsan?»

Bizə qarşı da adətən yaxşı yaxşı münasibət göstərirlər. Əgər kobud rəftar edənlər varsa da, onlar kənardan gələnlərdir. Üstəlik fərqi yoxdur haradan, rusiyanın digər regionlarından və ya Özbəkistandan məsələn. Bilmirəm niyə belə alınır.

Burada mənim rus dostlarım çoxdur. Hətta bir dostum rusca düzgün yazı yazmağı öyrənim deyə, xaricilər üçün nəzərdə tutuluş rus dili kursu tapıb mənim üçün. (gülür) Mən ona söz vermişəm ki, oktyabrda burada iş az olan zaman o kursa yazılacam.

Son bir sual: həyatınızdan məmnunsunuz?

Bəli, mən xoşbəxt bir insan olduğumu düşünürəm. İşim çətindir, lakin mən evə qürur hissi ilə qayıdıram.

Mənbə: VC.ru