Mörfinin hər kəsə tanış olan 10 qanunu

608
  1. Telefonumuz bizə lazım olmayan zaman batareyası dolu olar, təcili zəng etməli olduğumuz zamanlarda isə sürətlə bitər.


2. Evdən tez çıxdığımız zaman avtobus gec gələr, tələsdiyimiz zaman isə bizə dayanacağa çatmadan, gözümüzün önündə keçər.


3. Dırnaqlarımızı şəffaf boya ilə boyadığımız zaman o korlanmaz, rəngli boyadan istifadə etdiyimiz zaman isə..


4. Boş vaxtlarımızda sosial şəbəkələrdə mesaj qutumuz boş olar, işlərimiz başımızdan aşarkən isə, mesaj qutusu anidən dolar.


5. Həftə içi səhər tezdən oyanmalı olduğumuz halda durmağa çətinlik çəkərik, həftə sonları isə 7:00 olmadan oyanarıq.


6. Buludlu havada çətir götürdüyümüz zamanlarda yağış yağmaz, çətir götürmədiyimiz zamanlar nə olacağını təxmin edin..


7. Avtomobilimiz çirkli olan zamanlarda hava günəşli olar, avtomobilimizi yuduzdurduğumuz gün isə yağış yağar.


8. Mağaza bəyənmədiyimiz geyimlərlə dolu ikən bütün ölçülər tapılar, sevdiyimiz geyimi tapdığımız zaman isə bizə lazım olan ölçü əlbəttəki yoxdur!


9. Evdən bəzənib çıxdığımız zamanlarda küçədə heç bir tanışımıza rast gəlmərik, 5 dəqiqəlik mağazaya çıxdığımız zaman isə illərdir görmədiyimiz tanışlarımız belə üzə çıxar.

10. Biz rəngli geyimdə ikən şirələr dağılmaz, üzərimizə yağ damlamaz, ağ geyim geyindiyimiz zaman tapın görək nə baş verir?

Bəs siz Mörfinin hansı qanunları ilə tanışsınız?