Nikola Tesla 1856-cı ildə 10 iyunda Xorvatiyada serb əsilli keşiş ailəsində anadan olub.İlk kəşfi bu gün bütün sahələrdə heç dəyişilmədən istifadə olunan dinamor motor sistemidir.Daxilində stator və rotor saxlayan mühərrik günümüzün hibrid maşınlarında da istifadə olunur.Bu kəşfinə patent alan kimi Amerikaya yollanır.Müəllimi onu Tomas edisonun yanına göndərir.Məşhur alim, Tomas Edison-lampanın və DC-(Direct Current- Birbaşa enerji axımı)-nin ixtiraçısı onu işə qəbul edir və şirkətinin generator sistemini yenidən qurulmasına görə Nikolaya 250.000 USD təklif edir, lakin Nikola qəbul etmir.Bununla da Nikola və Tomas arasında müharibə başlayır.Çoxlarına sözləri gülməli gələn Nikola çox keçmir ki, Toması biabır və müflis edəcək bir ixtira edir.AC (Alternating Current-Alternativ enerji axımı) Nikolanı çox keçmir ki, məşhurlaşdırır.Daha sonra Nyu-York işıqlandırma tenderində bütün proyekti üstlənir, ancaq vaxt qısa idi.Onun Tomas kimi böyük bir şirkəti və külli pulu yox idi ki, bu qədər lampa istehsal etsin.Ona görə də daha yaxşı, daha ucuz və daha az enerji istifadə edən bir lampa yaradır.Qızmayan və buna görəı də uzun ömürlü lampa foluresan lampa adlandırılır.Nəcib qazların elektrik enerjisində yüksək işıqlanma prinsipinə əsaslanan bu kəşf Nikolanı Amerikada hegemon edir.
Daha sonra Nikola çoxlarımızın hələ də kəşf olunmadığını sandığımız Elektrik dalğalarını kəşf edir.Bir düşünün telefonunuzun heç vaxt enerjisi bitmir və ya heç yerdə naqil yoxdur.Çox rahat olar elə deyilmi?! Amma FBI və Amerika Təhlükəsizlik Agentliyi buna bacardığı qədər mane olur.Patentsiz qalan bu inqilabi ixtira Nikolanı çox əsəbiləşdirir və o Kaliforniya ştatına köçür.Bir müddətdən sonra böyük bir qüllə və bir mil uzaqdakı iki lampa ilə kəşfini müdafiə edir. Daha sonra isə zəlzələ generatoru yaradır.Günümüz bu gündə də binaların dözümlülüyünü yoxlamaq üçün geniş istifadə onunan vasitədir.Və bilinən kəşflərdən sonuncusu uzaqdan idarə mexanizmidir.Bu gün demək olar ki, hər bir elektron cihazın uzaqdan idarə vasitəsi var.
Nikola Tesla 1943-cü ildə 7 yanvarda vəfat edir və FBI tərəfindən qalan bütün kəşfləri mənimsənilir.Görəsən bizim bilmədiyimiz nə qədər önəmli kəşflər məhv edilib???
Məlumatı hazırladı: Süleymanlı Heydər