Yaradıcılıq böhranı hər birimizin qapısını bir gün döyür. Həmin günlərdə ilham pərisinə ehtiyacımız olur, o isə gəlmir ki, gəlmir. Bildirchin onu harada axtara biləcəyimizi bilir:
Onu təbiətdə axtarın:
- Gəzintiyə çıxın və zaman anlayışını itirin. Özünüzlə kameranı götürün və gözünüzə gözəl və maraqlı görünən hər bir anı ölümsüzləşdirin.
- Təbiət haqqında verilişlərə baxın və ya təbiət səslərini dinləyin. Gözlərinizi bağlayın və dərindən nəfəs alın. Özünüzü meşədə, çəmənliklərdə, okeanlarda hiss edin.
- Təmiz havada idman edin.
Onu internetdə axtarın:
- İdeyalarla bol olan TED mühazirələrini izləyin.
- Digər insanların təcrübələrini əks etdirən ilhamlandırıcı məqalələr oxuyun.
Onu yeni imkanlarda axtarın:
- Alınmayacağından qorxduğunuz üçün heç vaxt məşğul olmadığını şeylərlə məşğul olun.
- Kiməsə yeni bir şeylər öyrədin.
- Həyatınız boyu etmək istədiyiniz şeylərin siyahısını yaradın.
Onu insanlarda axtarın:
- Yaxınlarınızdan aldıqları mühim həyat dərsləri haqqında soruşun.
- Böyük uğurlar əldə etmiş məşhurların həyat hekayəsini oxuyun.
- Ruhunuza toxunan musiqiyə qulaq asın. Bəstəkarın bu musiqini yaradarkən nələr hiss etdiyini düşünün. Eyni şeyi film və kitablarda yoxlayın.
- Uşaqlarla vaxt keçirin. Onların səmimi gülüşlərindən enerji alın. Dostlarınız və sevdiklərinizi ziyarət etməyi də unutmayın.
Onu özünüzdə axtarın:
- Həyatınızı dəyişdirə biləcək vərdişlərə yiyələnin.
- Özünüzə zövq verməkdən başqa heç nə etməyəcəyiniz bir gün ayırın.
- Gündəlik aparmağa başlayın. Onu zaman-zaman oxuyun. Daha öncə diqqət etmədiyiniz şeylərə rast gələcəksiniz.
- Uşaq ikən sevdiyiniz məşğuliyyətləri yadınıza salın və onları yenidən edin.
- Hər kəsin güclü tərəfləri var. Sadəcə onlar üzərində işləmək gərəkdir. Bunu unutmayın.
İlham pərisi baxdığınız hər yerdədir: baxışlarda, göydələnlərdə, ağaclarda, küləyin səsində və sükütda. Onu sadəcə görməyə çalışın.