Bu yaxınlarda Reddit forumunun istifadəçiləri maraqlı bir sorğuda iştirak etdi. Beləliklə, ilk baxışdan qəribə görünən ancaq sınaq zamanı özünü doğruldan bir neçə məsləhət ortaya çıxdı.
- Gərgin iş gününün gedişatında corablarınızı dəyişsəniz, əhvalınız da dəyişəcək. Təmiz bir cüt corab sizi anında gümrahlaşdıracaq. İnanmırsınız? Sınayın.
- Hər hansı sözü unutduğunuz zamanı əlifbanı səsləndirməyə başlayın. Həmin sözün başladığı hərfə çatdığınız zaman sözü xatırlayacaqsınız.
- Tənbəlliyi və pis əhval-ruhiyyəni dəf etmək üçün duş qəbul edin. Enerji axınını hiss edəcəksiniz.
- Soyuqdəymədən əziyyət çəkdiyiniz zaman Coca-colaya zəncəfil əlavə edib, için. Bu üsul Çində çox məşhurdur. Burnunuz tutulubsa, açılacaq. Boğazınız ağrayırsa, keçəcək.
- Duzu meyvələrin üzərinə töksəniz meyvələr daha şirin olacaq. Duzu qəhvənin üzərinə töksəniz isə qəhvənin acılığı yox olacaq.
- Əlinizə hopmuş sarımsaq qoxusunu yox etmək üçün əlinizi paslanmayan polad qaşığa sürtün.
- Dərman qəbul etməzdən öncə su için, daha sonra dərmanı qəbul edin və yenidən su için. Beləliklə, dərman asanlıqla mədənizə düşəcək, ağız boşluğunda ilişməyəcək.
- Asqıracağınızı hiss edirsiniz, ancaq asqırmaq istəmirsiniz? Burun körpüsünü barmaqlarınızla sıxın.
- Hıçqırığı dayandırmaq üçün 1 kub qəndi udun.
- Yuxudan tez oyanmaq üçün nəfəsinizi tutun. Yuxunuz elə bir qaçacaq ki.
- Ayağınız keyləşdiyi zaman başınızı yelləyin. Keçəcək.
Bəs siz bu siyahıya nə əlavə edə bilərsiniz?