- Sarımsağın dadını sevirsinizsə, qoxuya görə ondan imtina etməyə dəyməz. Olduqca faydalı tərəvəzi yemək yeyəcəyiniz qaba sürtün.
- Ciyərin sərt alınmaması üçün onu sonda duzlayın.
- Piroqun üst hissəsinin yanmaması üçün üstünə nəm kağız yerləşdirin.
- Qaynadılmış yumurtanı doğrayarkən yumurta sarısının ovulmaması üçün bıçağı isti suya batırıb doğrayın.
- Lobyanın bişirərkən rəngini itirməməsi üçün tavanın qapağını açıq saxlayın.
- Badımcanın acı alınmaması üçün onu sıxıb duzlayın. Az sonra soyuq su ilə yuyun.
- Fındığı qabığından daha tez təmizləmək üçün onu qaynar suda 3 dəqiqə saxlayın. Qurulayın və soymağa başlayın.
- Ətin qıpqırmızı qızarması üçün onun üzərinə xama və ya bal çəkin.
- Şorbanın daha ləzzətli olması üçün onu oddan götürməzdən öncə yerkökü şirəsi əlavə edin.
- Salata xüsusi dad qatmaq üçün ona vanil əlavə edin.