Əzələ inkişafı üçün zülal aminturşuları şərtdir, lakin ərzaqlarda zülal miqdarından əlavə diqqət etməli olduğumuz ikinci amil ərzaqların qida dəyəri və orqanizm tərəfindən mənimsənilməsidir. Bütün bunların ölçü vahidi PDCAAS-dır. Bu koeffisient ərzaqın tərkibinin insanın tələbatının nə dərəcəədə ödədiyini göstərir. Ən yüksək PDCAAS = 1,0.
İndi isə əzələ inkişafı üçün mükəmməl olman, tələbatlarımızı tam ödəyən ərzaqlara nəzər salaq:
- Süd
100q məhsulda yağlılıqdan asılı olaraq 71-159 kkal və 12q zülal mövcuddur.
PDCAAS: 1,0.
- Yumurta
100q məhsulda 74 kkal və 12q zülal mövcuddur.
PDCAAS: 1,0.
- Toyuğun qaynadılmış döş əti
100q məhsulda 165 kkal və 31q zülal mövcuddur.
PDCAAS: 0,92.
- Noxud
100q məhsulda 364 kkal və çiy məhsulda 19q, qaydanılmaş məhsulda isə 8,86q zülal mövcuddur.
PDCAAS: 0,78.
- Qaynadılmış mal əti
100q məhsulda 158 kkal və 25q zülal mövcuddur.
PDCAAS: 0,92.