Ən sevdiyimiz paltara bəzən ləkə düşər və onu necə təmizləyəcəyimizi qara-qara düşünərik. Həll yolu isə hər zaman mövcuddur:

  • Qırmızı şərab ləkəsini təmizləmək üçün 1:1 nisbətində peroksid və duru sabunu qarışdırıb ləkənin üzərinə tökün. 1 dəqiqə saxlayın və yuyun.
  • Yağ ləkəsini çıxarmaq üçün üzərinə nişasta səpin daha sonra isti su ilə yuyun.
  • Qəhvə ləkəsini çıxarmağa sirkə kömək edər.
  • Mürəkkəb ləkəsini isə ilk öncə süddə isladıb, daha sonra yumaq lazımdır
  • Ketçup ləkəsini təmizləməyə qabyuyan vasitə və peroksid kömək edər. İlk öncə ləkəni həmin vasitə ilə sürtün, daha sonra peroksiddə isladın. 15 dəqiqə sonra yuyun.
  • Ətir ləkəsini təmizləmək üçün isə 2:1 nisbətində su və sodanı qarışdırıb ləkənin üzərinə tökün. 15 dəqiqə sonra yuyun.
  • Qan ləkəsini aradan qaldırmaq üçün üzərinə sirkə tökün, 10-15 dəqiqə sonra yuyun.
  • Tər ləkəsi ilə vidalaşmaq üçün limon şirəsi ilə sodanı qarışdırıb ləkənin üzərinə çəkin. 15 dəqiqə sonra yuyun.
  • Ot ləkəsini isə gözlətmək olmaz. Dərhal isti duzlu suda isladın. 2 saat sonra yuyun.
  • Dodaq boyasını təmizləməyə saç lakı kömək edər. Lakı ləkənin üzərinə tətbiq edin, 15 dəqiqə sonra isti su ilə yuyun. Ehtiyac olarsa, təkrar edin.
  • Saqqız ləkəsini aradan qaldırmaq üçün ilk öncə onu dondurmaq gərəkdir. Daha sonra isə saqqız qalıqlarını qoparıb, yumaq.