İplərdən toxunmuş qolbaqların tarixi Şimali Amerika hinduları ilə bağlıdır. Hindular bu qolbaqları dostluq rəmzi sayır, və qolbağı hədiyyə etdikləri şəxslə qardaş sayılırdılar. Toxunma qolbaqlar Hippie hərəkatının üzvləri tərəfindən istifadə olunduqdan sonra daha da yayıldı. Bu qolbaq vasitəsilə özlərini «rənglərin övladları» sayan hippilər öz daxili dünyalarını ifadə edirdi. Bundan əlavə, hippilər bəzən nişan üzüklərini də bu qolbaqlarla əvəz edirdilər.

Geniş məlumat əldə etdikdən sonra, gələk toxunma texnikasına. Dostluq qolbağını toxumaq üçün sizə ilk öncə muline sapları, zövqünüzə uyğun sxem, bacarıqlı əllər və son olaraq texnikanı öyrənmək üçün azca səbr lazım olacaq.

Toxuma texnikasını öyrənmək üçün saytlar isə bunlardır:

Friendship-Bracelets.net və Bracelet Book video və foto dəsrlərdən əlavə saysız hesabsız, hər zövqə uyğun sxemlər bazasıdır.

Sxem seçərkən unutmayın ki, hər bir rəngin öz mənası var:

  • qırmızı – sevgi, ehtiras, bağlılıq, qan, alov və enerji
  • çəhrayı – sevgi, zəriflik, saflıq, uşaqlıq və xəyalpərəstlik
  • sarı – günəş, sədaqət, dəlisovluq, yay və gözəllik
  • yaşıl – gənclik, təbiət, ümid, harmoniya, əbədilik, həyat və sevgi axtarışı
  • firuzə rəngi – qüssə, ölmüş ümidlər
  • mavi – dostluq, rahatlıq, harmoniya, səma, ruh, ümid, su, ağıl, və sonsuzluq
  • göy – sakitlik, rahatlıq, yeniliklərə açıqlıq, harmoniya, səma, sonsuzluq, paklıq, dostpərəslik 
  • bənövşəyi – xəyallar, kamillik, orijinallıq, fantaziya, ekstravaqantlıq və dostluq
  • boz – sadəlik, kədər, tənhalıq və azadlıq
  • qara – kədər, tənhalıq, zülmət, ölüm, hünər və müstəqllik
  • bəyaz – paklıq, azadlıq, həqiqət, yol, həyat, mərhəmət, işıq, inam, başlanğıc və müstəqillik deməkdir.