Bütün qızların özünə məxsus gözəllik sirləri var. Bu sirlər xəzinəsini daha da zənginləşdirmək üçün yoxlanılmış və effektiv baxım hiylələrini sizin üçün bir araya topladıq. Ümid edirik ki, onlar işinizə yarayacaq!
- Dırnaq boyasını yenicə çəkmiş qızların çarəsizliyini yalnız həmcinsləri anlayar. Qızlar, əgər dırnaq boyasının tez qurumasını istəyirsinizsə, dırnaqlarınızı boyadıqdan dərhal sonra onları soyuq suda 1-2 dəqiqə saxlayın.
- Dırnaqlarınızdan boyanı silməyə hər dəfə çətinlik çəkirsinizsə, boyanı çəkməzdən öncə dırnağınızın üzərinə pambıq vasitəsilə zeytun yağı çəkin.
- Saçlarınızın həcmli olmasını istəyirsinizsə, onları qurutmağa diblərdən başlayın.
- Dolaşmış saçlarınızı darayarkən onları daha az zədələmək üçün uclardan daramağa başlayın.
- Saçlarınız tez yağlanırsa, bu hiylə sizin üçündür. Saç diblərinizə uşaq talkı vursanız, saçlarınız gün ərzində həcmli və təmiz görünəcək. Yoxlayın!
- Dodaq və ya göz qələminiz hər dəfə soyularkən qırılır? Qələmi soymazdan öncə onu yarım saatlıq soyuducuya yerləşdirin.
- Kosmetikanı üzünüzdən təmizləmək üçün təbii vasitələrdən istifadə edin. Mələsən, kokos yağından.
- Dodaq boyasının qalıcılığını artırmaq üçün dodağınıza boyanın üzərindən eyni rəngli ten çəkin.
- Dodaqlarınız çat verir və qururuyur? 1 xörək qaşığı bal və 1 çay qaşığı şəkər və 1 xörək qaşığı kokos yağını qarışdırıb, dodaqlarınızı 5 dəqiqə masaj edin. Daha sonra dodaqlarınızı yuyun. Hər gün təkrar edin.
- Göz altı şişləri aradan qaldırmaq üçün səhərlər gözlərinizi soyuq su ilə yuyun və göz altlarına buz qoyun.