İnsana ən gözəl yaraşan gülüşdür. Komplekssiz gülmək üçün ilk öncə dişlərimiz gözəl görünüşə sahib olmalıdır. Arzuladığınız bəyaz dişlərə tez sahib olmaq istəyirsinizsə postu diqqətlə oxuyun. 🙂

1 çay qaşığı çay sodasını diş məcunu ilə qarışdırın. Alınan qarışığı falqa üzərinə çəkin və dişlərinizə qoyun. 15 dəqiqə sonra falqanı dişlərinizdən çıxarın və ağzınızı ilıq su ilə yaxalayın.

Çiyələyi qabda əzin və üzərinə diş məcunu əlavə edib qarışdırın. Alınan qarışıqla dişlərinizi fırçalayın.

Limon suyunun üzərinə çay sodası əlavə edin, alınan qarışıqla dişlərinizi fırçalayın.

Kömürü əzin, üzərinə su töküb qarışdırın. Həmin qarışıqla dişlərinizi fırçalayın. Kömür talbet şəklində apteklərdə satılır.

Diş ağardılması üçün növbəti effektiv və təbii üsul xiyar və kivi qarışıqlarından ibarətdir. Xiyarı və kivini bir qabda əzib qarışdırın. Alınan qarışıqla bir həftə dişlərinizi yuyun.

Banan yedikdən sonra qabığını atırsınız? Bu yazıdan sonra atmayacaqsınız. Belə ki, banan qabığı ilə dişlərinizi ağarda bilərsiniz. Qabığın iç hissəsini dişlərinizə sürtün.

Hər birinizə gülüşlə yanaşı bəyaz dişlər arzulayıram. 🙂