İnsanlar 1 dəqiqə ərzində ortalama 12 dəfə, bir gün ərzində isə 10.000 dəfə göz qırpırlar. Normal bir insan bütövlükdə günün 25 dəqiqəsini göz qırparaq keçirir.
Tarix və genetik mövzulardakı araşdırmalara görə 10.000 il əvvələ qədər bütün insanların gözləri qəhvəyi rəng olmuşdur. İlk mavi gözlü insanların Qara Dəniz bölgəsində yaşadığı təxmin edilir.
Bu dövrümüzdə əməliyyatla artıq göz rəngimizi də ömürlük dəyişə bilərik.
Açıq səmaya və ya boş divara baxdığımız zaman gördüyümüz kiçik uçan cismlərə “vitre” deyilir.
Parlaq işıqla çəkilən şəkildə ancaq bir gözünüz qırmızı görünürsə göz xərçənginə yoluxma riskiniz yüksəkdir.
Əgər ətrafınızdakı hər şeyi tərsinə göstərə bilən eynək istifadə etsəniz, bir müddət sonra beyniniz tərs görünütləri düz, düz olanları tərs qəbul etməyə başlayacaq.
Araşdırmalara görə qadınlar rəng tonlarını kişilərdən daha yaxşı ayırd edə bilirlər. Kişilər isə sürətli hərəkət edən obyektləri daha yaxşı izləyə bilirlər.
Təbiətdə insan gözünün seçə bilməyəcəyi qədər kompleks olan rəng tonları vardır. Bu mövzu ilə bağlı “impossible colors” başlığı altında araşdırmalar apara bilərsiniz.
İnsan gözünün 576 meqapiksel olduğu düşünülür.