Qadın və kişi münasibətləri hər zaman mübahisəli mövzu olmuşdur. Qadınların kişilərdə sevdiyi və sevmədiyi xüsusiyyətlər vardır. Təbii ki, bunlar xarakterə görə dəyişə bilir, ancaq ümumi xüsusiyyətlər vardır ki, bunu qadınların əksəriyyəti kişilərdə sevmir.
Çoxbilmişlik – Qadınlara görə kişilərin onlarla məsləhətləşməmələri özlərini çoxbilmiş hesab etdiklərindəndir. Belə ki, bu qadınları ən çox hövsələdən çıxaran nüanslardandır. Kişi onlarla hesablaşmır, hər şeyi etdikdən sonra deyir, hətta deməyə də bilər. Qadınlar istəyir ki, kişilər onları ağılsız, adi sevimli gəlincik hesab etməsin. Əslində, bir çox araşdırmalar göstərir ki, qadınlar analizetmə, təhlil və sair bu kimi bacarıqları daha üstündür. Münasibətdə qarşı tərəfin fikrini öyrənmək həm də ona olan sevgi və hörmətdən irəli gəlir.
Unutqanlıq – Necə olur ki, kişilər matç vaxtlarını, kim, nə vaxt “qol” vurub, hətta necə vurub, qapıçı kim idi və s. bu kimi “əhəmiyyətsiz” hətta “lazımsız” məlumatları əla hafizələrində saxlayırlar, amma onların nə vaxt tanış olduğunu, ilk görüşdə o nə geyindiyini, ildönümü, ad günlərini unudurlar. Bu mövzu qadınları ən çox əsəbləşdirən mövzulardandır. Qadınlar göstərdikləri diqqətin qarşılığını gözləyirlər təbii ki. Münasibətə qarşı laqeydlik həmin münasibətin gələcəyini sual altına alır. Özəl günləri, verilmiş sözləri unudan kişi artıq qadının qəlbini qırmış olur.
Başqasına baxmaq – Bir çox kişilərdə olan bu xüsusiyyət heç bir qadının xoşuna gəlmir. Kişilər gözəl xanımları olsa belə, gördüyü gözəllik qarşısında ram olur və baxmaya bilmir. “Təbii ki, baxmaq göz qaydasıdır” deyib özlərinə haqq qazandıra da bilirlər, ancaq bir məsələni unutmayaq ki, kişinin yanındakı xanım yaraşıqlı kişi görəndə baxarsa eyni cümləni eşidəndə məmnun ola biləcəklər mi? 🙂 Qeyd etdiyim bu bənd ilk öncə özünə, özseçiminə və xanımına hörmət etməyənlərə aiddir. Yanınızda olan insan sizin seçiminizdir, öz seçiminizə hörmət etmirsinizsə bu birbaşa özünüzə hörmət etmədiyiniz mənasına gəlir.
Fikrin yayınıq olması, laqeydlik – Hər qadın sevgilisinin öz yanında rahat olmasını istəyir, ancaq hər şeyin olduğu kimi rahatlığın da bir sərhədi olmalıdır. Sizin rahatlığınız sevdiyiniz insanın narahatlığına səbəb olmamalıdır. Qadın hər hansı mövzuda söhbət etdiyi zaman kişinin işi və ya digər hadisələri düşünməsi qadını əsəbləşdirir. Harda olsanız ağlınız, fikriniz həmin yerdə olsun. Sevdiyiniz insan bütün digər düşündüklərinizdən önəmlidir.
Gözlətmək – Qadınların həyatda ən çox əhəmiyyət verdikləri şey geyim seçmək, makiyaj təzələməkdir. Onlara görə bu işlərə sərf olunan vaxt ən dəyərlidir. Buna görə kişiləri gözlətmək problem deyil, lakin əgər xanımınızı əsəbləşdirmək istəyirsinizsə 10 dəqiqə gözlədin yetər. 🙂 Kişilərin də gözləməyi sevmədiyini nəzərə alsaq, qadınlar özləri də bu mövzuda diqqətli olmalıdırlar.
Bir insanın həyatına daxil olmazdan öncə buna hazır olub-olmadığınıza əmin olun. 🙂