Dünyanın ən məşhur idman növlərindən biri futboldur. Futbolun yaşatdığı həyəcanı, sevinci, kədəri ancaq onu sevərək izləyən insan hiss edə bilər. 90 dəqiqəlik (bəzən vaxt uzana da bilir təbii ki) oyunda çox maraqlı hadisələr yaşanır. Biz sizə futbol tarixində qeydə alınan ən böyük hesablı oyunları təqdim edirik. 🙂
2002-ci ildə Madaqaskar klubları – “Adema” və “Olimpik” oyununda birincilər 149:0 hesablı qələbə qazanmışdılar. Bu tarixdə ən böyük hesablı oyun olaraq “Guiness”ə düşmüşdür. 31 iyul tarixində Madaqaskar Derbisi ( 😀 ) sayılan oyunda əzəli rəqiblər SOE və Adema qarşılaşmışdır. Oyunda (hesab 2-1 SOE öndə olarkən) matçın hakimi Adema leyhinə şübhəli penalti (11 metrlik cərimə zərbəsi) verir, qol olacağı təqdirdə Adema 2 oyunun nəticəsinə görə finala vəsiqə qazanmalıydı və gözlənildiyi kimi penalti uğurla yerinə yetirilir. Hesab 2:2 olduqda SOE futbolçuları hakimə etiraz olaraq avtoqol müsabiqəsinə start verirlər. Tam 149 avtoqol qeydə alınır.
Cəza olaraq SOE klubunun məşqçisi 3 il, oyunçular isə “1 il futboldan məhrum edilmə” cəzasına məhkum olunur, amma maraqlısı budur ki, hakimə heç bir cəza verilməyib.
2013-cü ildə Nigeriya çempionatında “Plato Yunayted” və “Akurba” komandaları arasında keçirilən oyunda hesab 79:0 olmuşdur.
Eyni ildə (2013-cü il) Nigeriya çempionatındankı daha bir oyunda da yüksək hesab qeydə alınmışdır. “Polis Maşi” komandası “Babayaro”nu 67:0 hesabı ilə yenib.
2010-cu ildə Böyük Britaniya futbolunda fantastik hesab qeydə alınıb. “İlloqan” və “Medron” komandalarının görüşündə qapılara nə az, nə çox, düz 55 qol vurulub. Maraqlıdır ki, bütün toplar bir komandanın adına yazılıb. Orta hesabla, hər yüz saniyədə bir qol qeydə alınan görüşdə “İlloqan” futbolçuları ilk hissədə 24 dəfə fərqləniblər. Oyun 55:0 hesabı ilə başa çatıb.
Sakit Okean oyunlarının qrup turnirinin Rio-de-Janeyroda Olimpiya Oyunları – 2016-nın təsnifləşdirici matçında ficiyalılar Mikroneziya komandasını 38:0 hesabı ilə darmadağın ediblər. Turnirin birinci matçında Fici yığması Taiti komandasına 30:0 hesabı ilə qalib gəlmişdir.