Bu dəfə ayrı-ayrı mövzularda olan maraqlı məlumatları toplayıb, bir postda sizlərə çatdırırıq… 🙂

  • Slovakiya Milli Bankının binası Bratislavanın ən hündür binasıdır.

  • Polyak zabit Slavomir Raviç ölkənin Alman-Sovet qoşunları tərəfindən işğalından sonra NKVD tərəfindən həbs edilərək Sibirə göndərilmişdir. Raviç 1941-ci ildə 6 nəfərlə birlikdə Sibirin QULAQ düşərgəsindən qaçaraq piyada 6.500 km məsafəni qət etməyi bacarmışdır. “The Way Back” bu hadisə haqqında olan filmdir




  • İngilis yazıçısı Redyard Kiplinqin “Cəngəlliklər kitabı”nda yaratdığı uydurulmuş Bandar-loq xalqının adı hindi dilindən tərcümədə “meymun xalqı” mənasını verir.

  • 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş “La-Sota vağzalına qatarın gəlməsi” (şəkildə) filmi cəmi 50 saniyə davam edir.




  • Varşava gettosunda saxlanılan 400 minə yaxın yəhudi, Varşava şəhər əhalisinin 38% təşkil edirdi. Sonrakı dövrdə həmin insanların 56 min nəfəri Varşava gettosu üsyanı zamanı, 7 min nəfəri isə Treblinka ölüm düşərgəsinə göndərilərək öldürülmüşür.