Misir – Afrika qitəsində yerləşən bir ərəb ölkəsidir və xalqının çoxu müsəlman ərəblərdən ibarətdir. Eyni zamanda, qitənin əhalisinin sayı ən çox olan ölkəsidir. Paytaxtı Qahirə şəhəridir. Sudan, Libya, İsrail və Fələstinlə həmsərhəddir. 2012-ci ilin hesablamalarına görə əhalisinin sayı 90 milyona yaxın olmuşdur.

2011-ci ildə Tunisdə başlayan Ərəb Baharı çevrilişlərinin 25 yanvar 2011-ci ildə Misirdə də başlaması səbəbilə prezident Hosni Mubarak (Hüsnü Mübarək) (14 oktyabr 1981 – fevral 2011) istefa vermiş və bundan sonra dövlət demokratiyaya keçidə başlamışdır, lakin bu keçid dövrü 30 iyun 2012-ci il hakimiyyətə gəlmiş 5-ci prezident Muhammed Mursi’nin Misir ordusunun müdaxiləsi nəticəsində 3 iyul 2013-cü il tarixində devrilməsi ilə başa çatmışdır. Bundan sonra isə Adly Mansour Misir’in müvəqqəti prezidenti seçilmişdir.

Təbii ki, bu ölkə haqqında maraqlı və çoxumuzun bilmədiyi məlumatlar çoxdur. Bunların bəziləri ilə bir yerdə tanış olaq:

  • IV və VI əsrlərdə Misirdə Xristianlıq əsas din olmuşdur.
  • Qədim Misirlilər 1400-dən çox Allah və İlahələrə ibadət edirdilər.
  • Misir qəbirlərinin bir çoxunda tualet tapılmışdır.
  • Dünyanın ən qədim paltarı Misirdə tapılmışdır və onun 5000 yaşı olduğu güman edilir.
  • Misir Piramdilarında işləyən fəhlələr gündə 4 L pivəyə işləyirdi.
  • Sudanda Misirdən daha çox piramida var.
  • The Statue of Liberti (Azadlıq Heykəli) Misir üçün nəzərdə tutulmuşdur.
  • Misirin son fironu Kleopatra misirli yox, yunan idi.
  • Misir Piramidaları ödənişli işçilər tərəfindən inşa edilmişdir, qullar tərəfindən yox. Bu sadəcə, yunan tarixçisi Heradotun əfsanəsi idi.
  • İtmiş Misir şəhəri Heracleion 1200 il sonra sular altından tapılmışdır.
  • “İslam Həmrəyliyi Oyunları”nda indiyədək ən çox medal qazanmış ölkə Misirdir.