Yucin Bleyler (1857–1939) 1908-ci ildə ilk dəfə “şizofreniya” termini işlətmişdir. Şizofreniya (yun. σχίζω — yarmaq və φρήν – ağıl, düşüncə) — Şizofreniya sözünün mənşəyi iki yunan sözü – “parçalanma” və “fikir”ə dayanır, çünki şizofren xəstələrin beyinlərində və reallıqda baş verən hadisələr arasında parçalanma vardır. İnsanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər keçici ya da qalıcı ola bilər. Şizofreniya irsi xəstəliklərdən biridir. Şizofren şəxslərdə müxtəlif şəxsiyyət dəyişkənliyi müşahidə edilmir: onların sadəcə bir şəxsiyyəti vardır. İnsanlarda müxtəlif şəxsiyyət dəyişkənliyi olan hal əlaqəsiz şəxsiyyət pozğunluğu adlanır. Bir şəxsin şizofreniyadan əziyyət çəkdiyini müəyyənləşdirən xüsusi tibbi testlər yoxdur, beləliklə diaqnoz xəstədə özünü götərən simptomlara uyğun olaraq qoyulur. Xəstə 6 ay ərzində müşahidə olunduqdan sonra “şizofreniya” diaqnozu qoyula bilər.
Şizofreniyanın səbəbi qəti olaraq bilinməməklə birlikdə qalıtımın, biokimyasal, ruhi, sosial, ekoloji problemin şizofreninin ortaya çıxışında rolu olduğu məlumdur. Şizofreninin, bioloji uyğunluğu olan bir insanda, bir xarici gərginlik təsiriylə ortaya çıxdığı deyilməkdədir. Şizofreniya 15-35 yaşları arasında ortaya çıxır. Cəmiyyətdə ortalama yüz nəfərdən birində rast gəlinir. 40 yaşından sonra isə nadir hallarda ola bilir. Əvvəldə qeyd etdiyimiz kimi irsi xəstəlikdir, valideynlərin birində və ya hansısa qohumda varsa bunun yeni doğulan körpəyə keçməsi 10-12%dir.
Şizofrenlərdə geyimə diqqət, özünə baxım azalır. Bəzilərində üz ifadəsi donuqlaşır. Bəzi kəslərin isə xarici görünüşündə narahatçılıq əvvəli və sonrasında hər hansı bir fərqlilik olmur. Mimika və jestlər azalır, ətrafda olanlara reaksiya yox olur, ancaq bu vəziyyət o demək deyil ki, həmin şəxsin duyğuları yoxdur. Sadəcə problem hiss və duyğuların xaricə çıxmasındadır.
Bu xəstəlik müalicə olunmur…