Səs salmaq, yadda qalmaq, adımızı yazmaq istəyirik, amma bir problem var, bunu necə edəcəyik?
“Eh… bu dövrdə yeni nəsə yenilik etmək mümkün deyil” deyirsinizsə məncə də doğru deyirsiniz. Sırf olaraq sizin fikrinizi əks etdirən yazılmış bir kitab, çəkilmiş bir film, yaradılmış bir TV proqramı var. Bunun üçün yenisini etmək çox vaxt aparacaq. Onlardan ilhamlanaraq işə başlaya bilərsiniz. Bu qədər ideya var ikən yenisini yaratmaq mənasız, onu qəbul etdirmək çətindir.
Acun Ilıcalının dediyi kimi “İnsanların əziyyət çəkib hazırladığı bu qədər format var ikən yenisini düşünməyə ehtiyac yoxdur. Sadəcə o formatı alıb özümüzünküləşdirib təqdim etmək bəsdir.”
Fikirləşmək yorucu deyil, fikirləşin. Sırf məşhur olmaq xətrinə məşhur olmaq mümkün deyil. Əgər insanlara deyiləsi və demək istədiyiniz bir mesajınız varsa bunu tezliklə bacara biləcəksiniz, cünki sizin məqsədiniz olmalıdır. Ən əsası özününzə məqsəd seçin.
Edəcəyiniz işi etməmişdən qabaq o işin keçmişinə baxın. Bu işi neçə nəfər edib daha əvvəl? Nə dərəcədə uğurlu olub? Əgər bir işə başlayacaqsınızsa yalnızca sizə yararlı ola biləcək tərzdə keçmişə, yalnızca yararlı ola biləcək şəkildə gələcəyə baxın.
Keçmişi araşdırın. Kim uğurlu olub, nə tarixi dəyişib. Sonu ən yaxşı olan insandan nümunə götürün. Super həyat yaşayan amma sonu məğlubiyyət olan adamdansa, sürünən amma qalib gəlmiş insan olmaq dünya üçün daha yaxşıdır. Əgər dünya yox, özünüz üçün nəsə etmək, dünyadakı hər şeyin dadına baxmaq istəyirsinizsə birinci qrup insanlardan faydalanın.
Michael H.Hartın yazdığı “Ən Təsirli 100 İnsan” kitabında dünya tarixinə böyük təsiri olmuş 100 insanı cəmləyib bunlardan:
Elm adamları və ixtiraçılar – 36 nəfər
Siyasi və hərbi liderlər – 31 nəfər
Filosoflar – 14 nəfər
Dini liderlər – 11 nəfər
Sənətçilər və ədəbiyyatçılar – 5 nəfər
Səyyah – 2 nəfər
Sənayeçilər – 1 nəfər
Bu tabloya baxdıqdan sonra öz yolunu tutmaq üçün bir neçə fikir gəlir insanın ağlına, amma azca düşünmək bu fikirdən danışmağa bəs edir. Dünyaya dini liderlərdən daha çox dinə qarşı çıxan filosoflar dəyişiblər.
Heç bir zaman həvəsdən düşməyin, çünki çətinlik varsa deməli düz yoldasınız. Əgər qatarda son vaqonda durub ilk vaqonu görürsünüzsə deməli düz gedirsiniz. Buna görə məqsədiniz, hədəfiniz biləyinizdəki döymə kimi olsun. Hər an baxıb xatırlaya biləsiniz və bunu heç zaman unutmayın, doğru zamanda, doğru yerdəsiniz.
Ramin Ağaquliyev