Dünya tarixində öz dərin yerini qoymuş Koko Şanel…
Uşaqlıqda atası tərəfindən atılmış bu qız yetimxanada böyüyüb. Bəs o bu şöhrətə və müvəffəqiyyətə necə sahib olub?
1. Qabriel (Koko) Şanel hər səhər yeni dünyaya gəlmiş kimi oyanardı. Həmin gün keçmişdə heç bir şey baş verməmiş kimi yaşayardı. Onun uşaqlığı və gəncliyi çox sıxıcı və mənasız keçib. Yalnız buna baxmayaraq o yaddaşından bütün bu günləri silə bilirdi. O öz gününü yeni fikirlərlə və gələcək bioqrafiyasını yazmaqla keçirirdi — dünəni yox bugünü və sabahı düşünməklə….
2. Həyatında olan maneələr onu fikrindən ayırmırdı. Düşünürdü ki, maneələr daha da onun yolunu açır. İlk işində o dərzilikdən heç nə bilmirdi. Şanel tam təcrübəsiz idi. İlk dərziliyini kişi cersisi (cersi — toxunma ipək, yun və s. parça və bu parçadan tikilən paltar) üzərində apardı. O tikmirdi və çəkmirdi. Sadəcə parçanı manekenin üzərinə qoyub müəyyən formada kəsirdi. O dövrlərdə qadınların saçlarının uzun olması şərt idi. Bir gün Şanelin qaz kolonkasında saçı yanır və uzun saçlarını kəsmək məcburiyyətində qalır. Saçlarının qısa olması onu heç də utandırmır və bununla da, 1917-ci ildə dəbə qısa saç formaları gəlir.
3. Şanelin ətrafında hər insan ola bilmirdi. Yalnız yaxın dostları onun yanında olurdu. O təsadüfə inanmırdı, buna görə də həyatında təsadüflər az baş verirdi. Dali, Kokto, Pikasso, Dyaqilev, Stravinskiy — onun uşaqlıq dostları idi.
4. Sevgi Kokonun məktəbi idi, sevgililər isə Universiteti. Şanelin üstünlüklərindən biri də onun əks cinsi maraqlandıra biləcək xarakterlərinin olması idi. Onun aşiqləri çox olub: Böyük knyaz Dmitriy, şair Pyer Reverdi, Pol İrib və.s. At sürməyi, ingilis dilini, ovçuluq etməyi, tennis oynamağı Şanel öz aşiqlərindən öyrənmişdi. Həyatında önəmli şəxs olan Ernest Bo ona «Chanel № 5» ətirini yaratmaqda yardım etmişdi.
5. Koko Şanele qədər qara rəng bədbəxtlik və matəm rəmzi kimi hesab olunurdu. O səbəbsiz geyinilmirdi, amma Şanel qara rəngin daha qlamur və gözəl olduğunu elan etdi. O dünyaya əksəriyyətin baxdığı gözlə baxmırdı. Şanelin dəbində qara rəngin öz özəlliyi var və kolleksiyasında qara rəngli paltarlara xüsusi yer ayırıb.
6. Azadlıq onun daxili həyatının aksiomu idi. Eşq həyatında belə o çox azad və sərbəst görünürdü. Gecə gəzmələr, içki, sigar… Ətrafındakılar onun sayəsində dəbdəbəli yaşayırdılar. Şanelin fikrincə, xərcləmək onu utanmaqdan azad edirdi.
7. İnsan xoşbəxt görsənirsə, o gözəldir. Xoşbəxtlik onun üzünə çökər və gözəl görsənməyinə yardımçı olar. 50 yaşında olarkən özünü 20 yaşlı kimi hiss edərdi. Azadlığı yenə öndə tutardı, daima gülümsəyərdi. Kifir qadın yoxdur sadəcə özünə baxmayan qadın var. Bu kəlmə hər bir qadının devizi olmalıdır.