Çoxdan bəri, bir qoca öz nəvəsinə bir həyat həqiqəti açmışdı.
— Hər insanda daxildə iki canavarın mübarizəsinə bənzər bir mübarizə gedir.
Canavarlardan biri şəri təmsil edir: qibtə, qısqanclıq, eqoizm, təkəbbür, lovğalıq, yalan.
İkinci canavar isə xeyirin təmsilçisidir: sülh, sevgi, ümid, mərhəmət, sədaqət.
Uşaq bir qədər düşünüb soruşur:
— Bəs axırda hansı canavar qalib gəlir ?
Qoca gülümsünüb cavab verdi :
— Həmişə qalib canavar sənin qidalandırdığın canavar olur.