Hər ölkənin öz qayda qanunları var, onlara əməl etməyənlər cəzalandırılır. Bəzən bu qadağalar çox qəribə və biraz da qeyri-adi görünə bilir. Sizə həmin qəribə qadağalardan bəzilərini təqdim edirik. 🙂
- Sinqapurda küçədə saqqız çeynəmək qadağandır, pul və ya həbs cəzası ilə nəticələnir. Burada digər maraqlı qadağa isə ətraf mühiti çirkləndirənlərlə bağlıdır. Belə ki, əgər siz Sinqapurda yerə 3 dəfə zibil atsanız üzərində “mən ətrafımı çirkləndirirəm” yazısı olan önlüklə bazar günləri küçələri təmizləməli olacaqsınız.
- Taylandda küçəyə çeynənilmiş saqqız atsanız 600 dollar cərimə ödəməlisiniz. Əgər cəriməni ödəməsəniz, həbsə düşərsiniz. Kimsə Tayland pulunu ayaqlaya bilməz.
- Avstraliyada uşaqların siqaret alması qadağandır, ancaq siqaret çəkməklərinə qadağa yoxdur. Boş avtomobildə maşının açarlarını qoymaq qanunla qadağan edilmişdir.
- Meksikada cəmiyyət içində yüksək səslə söyüş söymək qadağan edilib.
- ABŞ ştatlarının birində yeriyərkən asqırmaq qadağandır, cəzası 100 dollar. 🙂
- Pensilvaniyada hamamda mahnı oxumaq qadağandır.
- Vaşinqtonda loli-pop yemək qadağandır.
- Fransada donuzlara Napaleon adı qoymaq qadağandır.
- Səudiyyə Ərəbistanında din dəyişməyin cəzası ölümdür.
- Səudiyyə Ərəbistanda çox nadir hallarda qar görünsə də, bu ölkədə qar adamı düzəltmək qadağandır.
Ölkəmizdə hansı qadağalar olmasını istərdiniz? 🙂