Siqaretin zərərləri saymaqla azalmır. Bu dəfə DNT-ə qədər gedib çıxan araşdırmanı sizə təqdim edirik. Görək, bu araşdırma sizi siqareti atmağa kömək edəcək? Faydalı olmaq təmannası ilə, Sağlam Olun!
Əvvəlcə siqaret vərdişimizə səbəb olan əsas maddəyə nəzər salaq: Tütünün əsas tərkib maddəsi olan nikotin, beyində dopaminin ifrazını artırır.
Dopamin, eyni serotonin kimi “xoşbəxtlik” hormonudur, ancaq miqdarı artdıqda başqa təsirləri də meydana çıxır. Oyaqlığın və diqqətin artması, yaddaşın xəbərdar edilməsi, müvəqqəti olaraq kədərdən qurtarma kimi xüsusiyyətlərə malikdir.
Ancaq bizi özünə bağlayan və asılı vəziyyətə düşməyimizi təmin edən ən əhəmiyyətli xüsusiyyəti həzz verən mükafat mexanizmini ələ keçirməsidir. Bunu intim əlaqə əsnasında aldığımız həzzə bənzədə bilərsiniz. Mükafat mexanizmi ön plana keçəndə nikotini daha çox istifadə etməyə ehtiyac duymağa başlayırıq və gedərək nikotinə asılı hala gəlirik.
Təbii ki bu həzz hissi ilə yanaşı ağ ciyərlərimiz başda olmaqla çox orqanımız olduqca mənfi təsirlənir.
Bundan daha acınacaqlı olan DNT-ə təsir edir. Son tədqiqatlara görə DNT-də meydana gələn mutasiyaların bir çoxu məruz qaldığımız siqaretə görədir.
Gündə 1 paket siqaret çəkirsinizsə, hər il ağciyərin hər hüceyrəsində təxminən 150 mutasiya meydana gəlir.
Science jurnalında nəşr edilən bu araşdırmada ildə min siqaret çəkən adamla iki min beş yüz siqaret çəkən adamın şişlik toxumalarındakı DNT’lər tədqiq edilib …
Və mutasiyaların neçə dənəsinin siqaret ilə əlaqədar olduğu aşkarlanıb. Nəticələr isə belədir:
Ağciyər hər hüceyrəsinə görə təxminən 150
Qırtlaq hər hüceyrəsinə görə 97,
Farinks hər hüceyrəsinə görə 39,
Qaraciyər hər hüceyrəsinə görə 6,
Sidik kisəsi hər hüceyrəsinə görə 18,
Ağız boşluğu hər hüceyrəsinə görə 23 mutasiya meydana gəlir.
Bunu bir az riyazi hesablasaq; hər 49 siqaret üçün bir DNT mutasiyası əldə edirik.
Hər DNT mutasiyası sizi xərçəng xəstəliyinə düçar edəcək kimi bir vəziyyət yoxdur ancaq hər siqaret çəkəndə xərçəng xəstəliyinə qarşı daha uyğun vəziyyətə gəlirsiniz.
Qısaca xərçəng xəstəliyinə yoluxma olma riskiniz olduqca artır.
Tədqiqat aparan qrup indi mutasiyaların xərçəngə çevrilmə ehtimalı üzərində çalışır.
Hər siqareti yandıranda bədəninizdə və ruhunuzda meydana gələn prosesləri düşünməniz və özünüzə zərər verməyi dərhal dayandırmanız arzusu ilə …