Sizə dünyanın ən bahalı şəhərlərini və onlar haqqında kiçik məlumatı təqdim edirik. 🙂
9. Seul, Cənubi Koreya
Cənubi Koreyanın paytaxtı ictimai xidmətlərin və geyim xərclərinin baha olmasına görə siyahıda yüksəlir. Seul yaşayış xərclərinə görə Kopenhagen və Los-Ancelesə bərabərdir.
8. Kopenhagen, Danimarka
Şəhər əməkhaqlarının yüksək olmasına baxmayaraq, yüksək yaşayış xərclərinə görə builki siyahıda yerini qoruyur.
7. Nyu-York şəhəri, Amerika
Dolların güclənməsi və lokal inflyasiyalar Nyu-York şəhərinin digər şəhərlərə nisbətdə daha da bahalaşmasına səbəb olur. Buna misal olaraq bir kiloqram çörək üçün ortalama qiymət 8,26 dollardır. Bu şəhərin 2 qat daha bahalısı 1-ci sıradadır.
6. London, Böyük Britaniya
Londonda əməkhaqlarının artımı sabitdir və artan əmlak qiymətləri və inflyasiyalar ilə ayaqlaşmır. Londonda ortalama gəlir 30000 funt olmasına baxmayaraq, bir mülk üçün ortalama qiymət 500000 funtdan çoxdur.
5. Paris, Fransa
Avroya etimadın zəif olmasına görə, Paris top 10-luqdakı avrozonaya daxil olan yeganə şəhərdir. Aşağı valyutaya baxmayaraq, Paris hələ də yaşamaq üçün son dərəcə bahalı şəhərdir və yalnız alkoqol və siqaret qiymətləri digər məhsullarla müqayisədə daha münasibdir.
4. Cenevrə, İsveçrə
Cenevrədə demək olar hər şey bahadı. Xüsusilə, istirahət və əyləncə mərkəzlərinin qiymətləri dünyada ən yüksək qiymətlərdəndir.
3. Honkonq
Honkonq yüksək yaşayış xərcləri və ictimai xidmətlərin baha olmasına görə pillədə son illər ərzində 7 pillə yüksəlmişdir.
2. Sürix, İsveçrə
Bu qədər baha olmasının səbəblərindən biri İsveçrə frankının avrodan ayrı hesablanmasıdır. Yüksək gəlir və digər bahalı xərclər bu şəhərin 2-ci yerə yüksəlməsinə səbəb olmuşdur.
1. Sinqapur
Kiçik ada dövlət artıq 3 ildir ki dünyanın ən bahalı şəhəri ünvanını qoruyur. Digər şəhərlərlə müqayisədə Sinqapurda yaşayış xərcləri və ictimai xərclər daha yüksəkdir.
Xaricdə yaşamaq və istirahət etmək nə qədər gözəl səslənsə də, xərcləri də bir o qədər çoxdur. 🙂