Bildiyimiz ki, hər bir müstəqil dövlətin bayrağı, gerbi olduğu kimi onu digər ölkələrdən fərqli edən milli rəmzlərindən biri də himndir. Dünyada himnə olan sevgi və hörmət dövlətə olan sevgi kimi ölçülür. Himn oxunanda auditoriyanın ayağa qalxması, əlini ürəyinin üzərinə qoyub sözləri oxuması demək olar ki bütün ölkələrdə adət halını almışdır. Beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, Dünya çempionatlarında qalib komandanın ölkə himni səsləndirilir. Futbol yarışlarında isə oyundan əvvəl hər iki komandanın himni səslənir. Qonaq komandanın himni sonuncu səslənir.
Dünya ölkələrinin himnləri haqqında bir neçə maraqlı faktları da nəzərinizə çatdıraq 🙂
İlk himn Hollandiyaya məxsusdur, Wilhelmus adlanır. 1568-1572-ci illərdə Dutch Revolt tərəfindən yazılmışdır. Ancaq 1932-ci ildə ölkənin himni dəyişdirildi.
Qədim himnlərdən biri də Yaponiyanındır, “Kimigayo” adlanan bu himn 1880-ci ilə qədər musiqisiz, şeir şəklində olmuşdur. Bunun əksi olaraq, Pakistanın dövlət himninin musiqisi 1949-cu ildə bəstələnib, ancaq sözləri 1952-ci ildə yazılmışdır. Himn “Qaumi Taranah” adlanır.
Birləşmiş krallığın himni “God Save The Queen” adlanır, 1745-ci ildə himn təqdim olunarkən adı “God Save The King” idi.
Sözlərinə görə ən uzun himn Yunanıstana məxsusdur və “Hymn to Liberty” adlanır. Bu himn sonradan həm də Kipr Resublikasının himni sayılır.
“Forged from the Love of Liberty” adlanan himn ilk öncə az bir müddət müstəqil olmuş Qərbi Hind adaları Federasiyasının himni olmuşdur, 1962-ci ildə, ölkənin süqutundan sonra Trinidad və Tabaqo ölkəsinin himni seçilib.
Bilməli olduğumuz vacib məqamlardan biri də budur ki, Azərbaycan himni 1918-ci ildə yazılıb. Sözləri Əhməd Cavada, musiqisi isə Üzeyir Hacıbəyova məxsusdur.
Bunu da qeyd etmək istərdik ki, ölkələrdən başqa bəzi dünya təşkilatlarının da özünəməxsus himnləri vardır. Məsələn, UNICEF-in himni “Lullaby” adlanır və Steve Barakatt tərəfindən yazılmışdır. Ölkələrdə Olimpiya oyunları, idman yarışları keçirilən zaman bəzən həmin yarışlara görə xüsusi himn yazılır. Bu mövzuda ən məşhur himnlərdən sayılacaq olan UEFA Çempionlar Liqasının himnidir. 🙂 1992-ci ildə Kralın Filormoniya Orkestri tərəfindən bəstələnmişdir. Martin Akademiyasının xoru tərəfindən UEFA-nın rəsmi dili olan ingilis, alman və fransız dillərində səsləndirilmişdir.
Ümid edirəm sizin üçün də maraqlı məlumatlar oldu 🙂